Art
“Leyli və Məcnun” Kral Sarayında səslənib
Azərbaycanın Polşadakı səfirliyinin təşkilatçılığı ilə Varşava şəhərindəki Kral Sarayında “Leyli və Məcnun – ilk Azərbaycan muğam operası” adlı konsert təşkil edilib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, konsertdə Polşanın hökumət təmsilçiləri, bu ölkədə akkreditə olunmuş diplomatik missiya və beynəlxalq təşkilatların rəhbərləri və üzvləri, ölkənin tanınmış ictimai-siyasi, elm və mədəniyyət xadimləri, Azərbaycan icmasının nümayəndələri, iş adamları və jurnalistlər iştirak ediblər.
Konsertdən əvvəl çıxış edən Kral Sarayının əməkdaşı Aleksandra Buşta “Leyli və Məcnun” muğam operasının yaranma tarixi, operanın məzmunu və müəllifi Üzeyir Hacıbəyli haqqında qonaqlara məlumat verib. Şərq dünyasında ilk operanın məhz Azərbaycanda yarandığını qeyd edən A.Buşta belə möhtəşəm musiqini Varşavada Kral Sarayında dinləmək imkanını çox yüksək qiymətləndirib.
Konsertdə Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə Azərbaycandan dəvət olunmuş muğam ifaçıları Ehtiram Hüseynov, Arzu Əliyeva, musiqiçilər Rövşən Qurbanov (tar), Xəyyam Məmmədov (kamança), Kamran Kərimov (nağara), Təranə Əliyeva (qanun) və Şirzad Fətəliyevin (balaban) ifasında səslənən “Leyli və Məcnun” muğam operası qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!