Markesin külü ölkəsinə göndərildi
Bizi izləyin

Art

Markesin külü ölkəsinə göndərildi

İki il öncə Meksikada həyatını itirən kolumbiyalı yazıçı Qabriel Qarsia Markesin külü ölkəsinə göndərilib.

Publika.az xəbər verir ki, onu külü ilə dolu qab Kolumbiyada xatirəsinə ucaldılmış büstün altına qoyulub. Yazıçının ailəsinin verdiyi açıqlamaya görə, onun küllərinin bir hissəsi həyatının 30 ilini keçirdiyi Meksikada saxlanılıb.

İspan dilinin ən böyük yazarlarından hesab edilən Markes 87 yaşında vəfat edib. 1982-ci ildə Nobel mükafatı alan yazıçının sonuncu əsəri 2012-ci ildə yayımlanıb.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm