“Gedirəm, yamandır, ayrılıq dərdi” – Səməd Vurğunun xatirəsinə
Bizi izləyin

Art

“Gedirəm, yamandır, ayrılıq dərdi” – Səməd Vurğunun xatirəsinə

Dünən mənə öz əlində,

Gül gətirən bir gəlin də,

Gözlərində min bir sual,

Heykəl kimi dayandı lal.

O bəxtəvər gözəlin də,

Mən oxudum gözlərindən,

Şair, nə tez qocaldın sən?!

Bu da taleyin, qismətin bir yazısıdır; doğulduğu məkan Qazax oldu, amma bütün Azərbaycanın şairinə çevrildi.

Bu gün xalq şairi Səməd Vurğunun xatirə günüdür. Fiziki ömrü 50 il oldu, amma 110 ildir ki, müasirləri ilə birgə şair ömrünün yolçuluğunu davam etdirir. Bir misrasını söyləmək, şeirlərinə bəstələnmiş bir həzin bəstəni dinləmək yetər ki, onu yanımızda hiss edək. Şeirləri ilə böyüdüyümüz şair Azərbaycan ədəbiyyatına yalnız öz yazdıqlarını hədiyyə etmədi, eyni zamanda, Yusif və Vaqif Səmədoğlu kimi iki nəhəng yazarı bağışladı.

Səməd Vurğun o şairlərdəndir ki, şəninə uzun-uzadı mədhiyyələr söyləməyə lüzum yoxdur. Çünki yaradıcılığı göz önündədir. Onun haqqında ən gözəl sözləri də elə şeirləri deyib.

Şair ona deyərəm ki, əsrlər adlasa da, yaddaşlarda yaşasın, köhnəldikcə təzələnsin, oxunduqca oxunsun, heç vaxt unudulmasın. Səməd Vurğun kimi:

Bəxt məni bu yerə qonaq göndərdi,

Gedirəm, yamandır, ayrılq dərdi,

Demə səməd Vurğun gəldi-gedərdi,

Unutmaz bu oba, bu mahal məni…

Uşaq yaşlarımda Kəlbəcərdə “Ceyran bulağı”nın daşı üstünə həkk olunmuş bu misraları elə bulaq başında əzbərləmişdim. Əzbərləmişdim deyəndə ki, birnəfəsə oxuyub, yaddaşıma köçürmüşdüm. Bu gün də xatirimdədir. Və yəqin ki, həmişə yadımda qalacaq. Səməd Vurğunun milyonların dilinin əzbəri olan başqa şeirləri kimi…

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm