Penelopa Kruz həyat yoldaşı ilə filmə çəkiləcək
Bizi izləyin

Art

Penelopa Kruz həyat yoldaşı ilə filmə çəkiləcək

Hollivudun cazibədar aktrisası Penelopa Kruz həyat yoldaşı Xavyer Bardemlə filmə çəkiləcək.

Publika.az xəbər verir ki, cütlük iranlı rejissor Əsgər Fərhadinin yeni filmində baş rolları ifa edəcəklər. İspaniyada yaşayan şərabçı ailəsinin həyatından bəhs edəcək film psixoloji triller janrında olacaq.

Əsgər Fərhadinin “Satıcı” filmi 69-cu Kann festivalında ən yaxşı ssenari və kişi rolunun ən yaxşı ifaçısı nominasiyalarında mükafat alıb.

Əsgər Fərhadi 2012-ci ildə “Nadirin Simindən ayrılması” adlı dram filmi ilə ən yaxşı əcnəbi film nominasiyasında “Oskar” mükafatına layiq görülüb.

Penelopa ilə Xavierin Leo və Luna adında iki övladları var.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm