Cizgi filmlərinin təqdimatı keçiriləcək
Bizi izləyin

Art

Cizgi filmlərinin təqdimatı keçiriləcək

İyunun 1-i saat 14.00-da Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Kino Xidməti İdarəsinin təşkilatçılığı ilə eşitmə, görmə və nitq qüsuru olan uşaqlar üçün cizgi filmlərinin təqdimatı keçiriləcək.

Publika.az xəbər verir ki, məqsəd sağlamlıq imkanları məhdud olan uşaqların asudə vaxtının səmərəli keçirilməsi, cəmiyyətdə hərtərəfli inkişafının təmin edilməsi həyat tərzinin yaxşılaşdırılmasına yardım etməkdir.

Tədbir sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli respublika xüsusi internat məktəbində keçiriləcək.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm