Opera və Balet Teatrında “Boqema”
Bizi izləyin

Art

Opera və Balet Teatrında “Boqema”

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı iyun ayı ərzində operasevərlərə bir sıra maraqlı tamaşalar təqdim edəcək.

Teatrın mətbuat xidmətindən bildirilib ki, iyunun 11-də Ukrayna, Belorus və yerli vokal ustalarının birgə iştirakı ilə Cakomo Puççininin “Boqema” operası nümayiş olunacaq.

Səhnə əsərində ukraynalı vokalçı, Ukrayna Milli Operasının solisti, Xalq Artisti Olqa Naqornaya əsas partiyalardan birini - Mimi partiyasını ifa edəcək. Belorus Akademik Böyük Opera və Balet teatrının solisti, Əməkdar Artist Vladimir Qromov isə Marsel rolunu canlandıracaq.

Tamaşada, həmçinin Azərbaycan Opera və Balet Teatrının aparıcı solistləri - Xalq Artisti Əli Əsgərov, Əməkdar artistlər Fərid Əliyev, İnarə Babayeva, Anton Ferştandt, solistlərdən Tural Ağasıyev, Firuz Məmmədov və Fəhmin Əhmədli çıxış edəcəklər.

Tamaşanın dirijoru Azərbaycanın Xalq Artisti, professor Cavanşir Cəfərovdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm