Dəhşət filminin Azərbaycan versiyası çəkilir
Bizi izləyin

Art

Dəhşət filminin Azərbaycan versiyası çəkilir

Bir çox filmlərdən təklif gəldi, amma mən heç birini qəbul etmədim. Çünki ssenariləri xoşuma gəlmədi.

Bu sözləri aktyor Elşad Yusubov yeni çəkəcəyi film haqda Axar.az-a danışarkən deyib. Aktyor bu filmin onun kinodakı ilk işi olduğunu bildirib:

“Bu filmin ssenarisini özüm yazıram, baş rolda da özüm olacağam. Filmin rejissoru Ramil Adiloğludur. Operatorumuz İrandan gəlib. Hələ ki, çox açıqlama vermək istəmirəm film haqda. Amma onu deyim ki, tamaşaçıları çox güldürəcək bir iş olacaq. İnşallah, bir həftəyə çəkilişlər başlayır. Film sentyabrın axırına və ya oktyabrın əvvəlinə şəhərin bütün kinoteatrlarında olacaq”.

Qeyd edək ki, “Sabirabad mişarı” adlanacaq film məşhur “Mişar” dəhşət filminə parodiya kimi çəkiləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm