Sayman Aruz infarkt keçirdi
Bizi izləyin

Art

Sayman Aruz infarkt keçirdi

Yazıçılar birliyinin Güney Azərbaycan şöbəsinin müdiri 39 yaşlı yazar-şair Sayman Aruz bu yaxınlarda infarkt keçirib. Ölkə mətbuatında onun halının qəflətən pisləşməsi xəbəri yayıldı.

Publika. az xəbər verir ki, şairin vəziyyəti hazırda yaxşıdır. Sayman Aruz xəstəlik sayəsində dostu-düşmənini sınadığını da söyləyib: "Quzey Azərbaycanda bu qədər sevildiyimi bilmirdim. Oxucularımdan tutmuş dostlarım, iş yoldaşlarım, nazirlər, deputatlar, nazir müavinləri ələxsus da Qənirə xanımın diqqəti məni çox sevindirdi və bu xalqa necə lazım olduğumu göstərdi".

"Düşmənçilik bəsləyən insanlar necə, baş çəkdilərmi?" sualına şair belə cavab verdi: "Düşmən düşməndir, təbii ki, onlardan fərqli reaksiya görmədim. Mənə pis təsir edən gözlədiyim insanların ziyarətimə gəlməməsi oldu. Hər kəsə bir daha minnətdaram".

Dilruba

Oxumağa davam et
Reklam
Reklam

Gündəm