“Taxt oyunu” serialını hansı qəhrəmanlar tərk edəcək?
Bizi izləyin

Art

“Taxt oyunu” serialını hansı qəhrəmanlar tərk edəcək?

“Taxt oyunu” serialının yeni mövsümə başlamasına hələ çox var. Amma qəhrəmanlardan bəzilərinin serialı tərk edəcəyi indidən məlum olub.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Sersei Lannister rolunu canlandıran baş rol ifaçısı Lena Xidi açıqlamasında bildirib ki, serialda onu ya Ari Strakın (Meysi Uilyams), ya da Triona Lannisterin (Piter Dinkleyc) öldürməsini arzu edir. O, "arzuolunmaz" qatillər kimi Deyeneris Tarqarien (Emiliya Klark) və Ceym Lannisterinin (Nikolay Koster-Valdau) adlarını çəkib.

Aktrisa serialda şərəfli ölüm gözləydiyini deyib və əlavə edib ki, Serseinin ölümündən heç bir qəhrəman Trion qədər zövq almayacaq. Aktrisa bədbinliklə onu da qeyd edib ki, onun qəhrəmanın ömrünə çox qalmayıb.

Tamaşaçılar arasında aparılan araşdırmada da məlum olub ki, serialın pərəstişkarları qəhrəmanlarının ölümünə görə təəssüflənmirlər. Yeddinci mövsümündə "Taxt oyun"-u serialı gələn il kiçik gecikmə ilə çıxacaq. Yeni mövsümdə ənənəvi 10 seriya əvəzinə, cəmi yeddi seriya olacaq.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm