Azərpaşa Nemətov: “Bu tamaşanı Şuşada oynayacağıq”
Bizi izləyin

Art

Azərpaşa Nemətov: “Bu tamaşanı Şuşada oynayacağıq”

Dövlət Akademik Milli Dram Teatrında mövsümə “Qarabağnamə” tamaşası ilə yekun vurulub.

Publika.az xəbər verir ki, mövsümün yekunu ilə bağlı təşkil olunan tədbirdə çıxış edən teatrın bədii rəhbəri və direktoru, Xalq artisti Azər Paşa Nemət bildirib ki, yola salınan mövsüm Akademik Milli Dram Teatrı üçün səmərəli olub: “Artıq bir mövsümü geridə qoyuruq. Ənənəvi olaraq teatrın həm bağlanış, həm də açılış mərasimini “Qarabağnamə” tamaşası ilə edirik. Akademik Milli Dram teatrında bu tamaşa artıq neçə illərdir ki, oynanılır. “Qarabağnamə”ni inşallah Şuşada oynayacağıq. Yola saldığımız mövsümdə uğurlarımızla yanaşı itkilərimiz də oldu. Xalq artisti İlham Əsgərovu itirdik. Allah etsin ki, itkilərimiz gec-gec olsun, yeni-yeni tamaşalar təhvil verək, tamaşaçılarımızı sevindirək”.

Xalq artisti Nurəddin Mehdixanlı yola salınan mövsümdə Akademik Milli Dram Teatrında bir neçə uğurlu tamaşanın təhvil verildiyini diqqətə çatdırıb: “Teatr xalqın sərvətidir, teatr mədəniyyət ocağıdır. Akademik Milli Dram Teatrında bu mövsümdə “Ölülər”, “Müfəttiş” və başqa tamaşalar təhvil verildi. Biz ciddi tamaşalarla ciddi imtahanlar veririk. İnşallah itkilərimiz az olsun, yeni səhnə əsərləri ilə tamaşaçılarımızı hər zaman sevindirək”.

Xalq yazıçısı İlyas Əfəndiyevin “Hökmdar və qızı” əsəri əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İsmayıl Məmmədovdur.

Rollarda xalq artistləri Firəngiz Mütəllimova, Rafiq Əzimov, Səidə Quliyeva, Hacı İsmayılov, Ramiz Məlik, Ramiz Novruz, əməkdar artistlər Kazım Abdullayev, Elxan Quliyev, Əjdər Həmidov çıxış ediblər.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm