Yazıçıların evi əllərindən alınır
Bizi izləyin

Art

Yazıçıların evi əllərindən alınır

Rusiyanin Əmlak Komitəsi Peredelkinoda yerləşən yaradıcılıq şəhərciyini (yazıçılar evi) Rusiya Ədəbiyyat Birliyinin əlindən almaq üçün məhkəməyə müraciət edib və prosesi udub.

Publika.az xəbər verir ki, Ümumrusiya Ədəbiyyat Birliyinin sədri İvan Pereverzin irəli sürən iddialarla razılaşmır və bu addımı rus ədəbiyyatının beşiyinin dağıdılması kimi qiymətləndirir.

Qeyd edək ki, yazıçılar şəhərciyi 44 ha ərazini əhatə edir, yazıçıların yaradıcılıq evi və məşhur qələm adamlarınln bağ evləri bu ərazidə yerləşir. Burada həmçinin, Çukoviskinin, Akucavanın, Pasternakın ev muzeyləri yerləşir. 1934-cü ildə yazıçılar üçün ev tikintisinə ayrılmış bu ərazidə İlya İlf, İsahak Babel, Lilya Brek, Andrey Voznesenski, İlya Erenburq və digər şair-yazıçılar yaşayıb yaradıblar. Peredelkino həm də Azərbaycan ədəbiyyatı üçün önəmli yer sayıla bilər. Belə ki, bizim məşhur söz adamları orada yerləşən yaradıcılıq evində ədəbi nümunələr yaradıblar. Hazırda Ümumrusiya Ədəbiyyat Birliyi məhkəmə vasitəsilə əmlak məsələlərini həll etməyə cəhd edir.

Onu da deyək ki, sovet dövrü Azərbaycanda, Bilgəhdə yazıçıların yaradıcılıq evi mövcud olub. O dövrün yazıçıları, şairləri, tənqidçiləri, tərcüməçiləri dövlət hesabına yaradıcılıq məzuniyyəti götürərək Bilgəhdə qalıb, yazıb yaradırdılar. Sovet İttifaqı dağıldıqdan sonra Bilgəhdəki yaradıcılıq evinin də qapıları bağlandı. Rusiyada isə bu sovet ənənəsi günümüzə qədər yaşayır. Orada mövcud olan ev muzeyləri, qallereyalar dövlət hesabına maliyyələşir, yaradıcılıq evləri və ezamiyyətlərin xərcləri isə orada tikilmiş evlərin uzun müddətli kirayə verilməsi yolu ilə ödənilir.

Qələm sahiblərinin belə bir düşərgəsinin olması yaradıcı mühitə də təsir edir, ədəbi prosesə təkan verir. Onun qorunması vacib olar.

Dilrubə Vaqifzadə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm