• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

Azərbaycanlı məşhur xanımdan baş nazirə hədiyyə - FOTOLAR

  • Art
  • 22 İyul 2016 17:45
  • 1 064 Baxış
Azərbaycanlı məşhur xanımdan baş nazirə hədiyyə - FOTOLAR

Tanınmış modelyer-dizayner, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovanın hazırladığı Azərbaycan milli kişi geyimi Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) baş naziri Hüseyin Özgürgünə hədiyə edilib. Parlment spikeri Sibel Sibere ve xarici isler naziri Tahsin Ertugrula ise Gulnarə Xəlilovanın milli geyimlər kataloqu hədiyyə olunub.

Publika.az xəbər verir ki, 20 Temmuz Barış və Özgürlük Hərəkatının 42-ci ildönümü ilə bağlı ŞKTC Parlament sədrinin dəvəti ilə Şimali Kiprdə olan millət vəkili Qənirə Paşayeva Şimal Kipr Türk Cümhuriyyətinin baş naziri Hüseyin Özgürgün və parlamentin spikeri Sibel Siber ilə görüşdə dost, qardaş münasibətləri qeyd olunub. Azərbaycanla ŞKTC arasında əlaqələrin artmasının sevindirici bir hadisə olduğunu söyləyən millət vəkili qeyd edib ki, ŞKTC-də təhsil alan azərbaycanlı tələbələrin, sərmayə qoyan azərbaycanlı iş adamlarının, azərbaycanlı turistlərin sayının hər il sürətlə artması müsbət hadisədir. Görüşdə Türk Dünyasının ortaq problemləri olan Dağlıq Qarabağ münaqişəsi, qondarma “erməni soyqırımı” yalanlarına qarşı mübarizə və Kipr problem ilə bağlı geniş müzakirə aparılıb.

Şimali Kipr Türk Cümhuriyyətinin baş naziri Hüseyin Özgürgün və parlamentin spikeri Sibel Siber Azərbaycanla bütün sahələrdə münasibətlərin getdikcə daha da artması üçün səyləri daha da gücləndirəcəklərini deyiblər. Azərbaycanı qardaş ölkə adlandıran ŞKTC-nin baş naziri Hüseyin Özgürgün və parlamentin spikeri Sibel Siber ortaq problemlərin həlli istiqamətində birgə səylərinin artmasının vacibliyini vurğulayıb.

Cəvahir

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>