Kino Günü belə qeyd olunacaq
Bizi izləyin

Art

Kino Günü belə qeyd olunacaq

2 avqust Kino işçilərinin peşə bayramı günüdür. Hər il olduğu kimi, həmin gün saat 18:00-da Nizami Kino Mərkəzində bayram tədbiri keçiriləcək.

Publika.az xəbər verir ki, mədəniyyət və incəsənət xadimləri, eləcə də, kino ictimaiyyətinin iştirak edəcəyi tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyası tərəfindən hazırlanmış Ayaz Salayevin “Qarabağın həsrət salnaməsi” layihəsi və “40-cı paraleldə” kinoalmanaxı təqdim olunacaq.

Almanaxa “Qara bağ” (rejissor Amil Məmiyev), “Onun atası” (Zamin Məmmədov), “Postskriptum” (Emin Mirabdullayev), “Hədiyyə” (Emin Əfəndiyev) qısametrajlı filmlər daxildir.

Tədbir zamanı bir qrup kino veteranı mükafatlandırılacaq.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm