• USD 1,7000 0,00% EUR 1,9163 -0,82%
    • GBP 2,1395 -0,36% RUB 0,0240 +0,83%

Özbək ədəbiyyatının 25 ili və ya Kərimovun gedişi

  • Art
  • 3 Sentyabr 2016 18:38
  • 1 027 Baxış
Özbək ədəbiyyatının 25 ili və ya Kərimovun gedişi

Özbəkistanın 25 illik prezidenti İslam Kərimov keçirtdiyi infarktdan sonra dünən 78 yaşında vəfat edib. Kərimov Özbəkistan Sovet imperiyasından azad olduqdan sonra müxtəlif yollarla hakimiyyəti əldə saxlayaraq həmin gündən bu yana ölkə prezidenti vəzifəsini daşıyıb. Bu da hər kəsə müəyyən haqq verir ki, müstəqil Özbəkistanın bütün uğur və uğursuzluqlarını mərhum prezidentin ayağına yazsın.

Publika.az bildirir ki, 1991-ci ilin 8 avqustunda Özbəkistan Sovet İmperiyasından ayrılaraq müstəqilliyini elan etdi. Ölkənin bütün həyat və gələcəyini kökündən dəyişən bu olay, özbək ədəbiyyatına da təsirsiz ötüşmədi. Özbək şair və yazarlar tarix olmuş sovet dövrü haqqında həqiqi yazılar yazmağa, ölkənin azadlığını alqışlamağa başladı. Özbəkistan dövlətinin problemləri, ölkənin sosial çətinliklərinin aradan qalması, adi insanın ucaldılması mövzusu özbək ədəbiyyatında geniş yayıldı. Bu hal Abdulla Aripov, Erkin Vahidov, Halime Hudeyberdiyeva, Rauf Parfi, Şövkət Rəhman, Usman Azim, Məhəmməd Yusif, Hurşin Dövran, Camal Kalam, Ərkin Səməndər, Barat Bəybəkilov kimi şairlərin əsərlərində özünü daha aydın göstərir.

Kərimovun hakimiyyətinin ilk illərində şeirlərin mövzusu Özbəkistanın milli kimliyi mövzusu çərçivəsində genişlənib yeni təsvir vasitələri yarandı. Özbəkistanın milli azadlığını təbliğ edən əsərlər yarandı.

Şeirlə birlikdə dastan, mənzum hekayə, mənzum roman kimi janrlar da inkişaf etməyə başladı. Azim Sunun “Özbəkistan”, Xurşid Dövranın “Vətən haqqında yeddi rəvayət”, Aman Metcanın “Niyə mən?”, Canibek Sübhanın “Narahat ruh” dastanlarında yaxın keçmişdə baş verən hadisələr, sovet dövründə aydınlara verilən işgənclərdən danışdılar.

Müstəqillik illərindəki problemlərdən bəhs edən Adil Yaqubov, Ötkir Həşimov, Pirimqul Qədirov, İbrahim Rahim, Naim Kərimov, Əhmədcan Məlibəyov kimi yazar və alimlər publisistik yazılarla fikirlərini ifadə edib.

Kərimovun ölkə başçısı olduğu dövrdə roman janrında yazılan əsərlər də məşhurdur. Ancaq biz bu romanlarda Kərimovun hakimiyyəti illərinə təsadüf edən hadisələrə çox rast gələ bilmirik. Şükürullah Yusifoğlunun “Kəfənsiz basdırılanlar”, Adil Yaqubovun “Ədalət mənzili” Özbək Ömərbəkovun “Fatimə və Zəhra”, Şükür Həlmirzəyevin “Aloboçi”, Mirmosinin “İlanın intiqamı”, Uçqun Nəzorvun “Əqrəb ili”, Murad Mansurun “Ayrılıq diyarı” kimi romanlar yenə daha çox sovet dövründəki hadisələrdən danışır.

Əlbəttə, bütün diktatorların gedişi özlərindən sonra böyük reformasiyalar, ölkənin hər sahəsində çətinliklər və ya asanlıqlar yaradır. İslam Kərimovun gedişin də özbək ədəbiyyatına yeni təsir göstərəcəyi şübhəsizdir. Təbii ki, hakimiyyət onun davamçısına keçməsə...

Əli

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR