“Poçt qutusu” gürcü dilində
Bizi izləyin

Art

“Poçt qutusu” gürcü dilində

Tiflisdə Gürcüstan Yazıçıları Milli Akademiyasının xətti ilə “Universal” nəşriyyatı tərəfindən gürcü dilində Cəlil Məmmədquluzadənin “Poçt qutusu” hekayələr kitabı işıq üzü görüb.

Publika.az xəbər verir ki, bu, yazıçının tədqiqatçılarından biri akademik, millət vəkili İsa Həbibbəylinin layihəsi əsasında reallaşıb. Kitab Gürcüstan Yazıçıları Milli Akademiyasının xətti ilə işıq üzü görüb.

Kitabda ədibin gürcü dilində 13 hekayəsi yer alıb. Cəlil Məmmədquluzadənin Tiflisdə çıxan “Poçt qutusu” hekayələr kitabında yazıçının “Poçt qutusu”, “Qurbanəli bəy”, “Nigarançılıq”, “İranda hürriyyət”, “Quzu”, “Konsulun arvadı”, “Rus qızı” və sair hekayələri toplanıb.

Hekayələri Gürcüstan və Azərbaycan dövri mətbuatında gürcü və Azərbaycan dillərində əsərləri çap olunan Almaz Mirzəoğlu tərcümə edib.

Cəlil Məmmədquluzadənin “Poçt qutusu” hekayələr kitabının Tiflisdə gürcü dilində nəşr edilməsi Azərbaycan-Gürcüstan ədəbi əlaqələrinin parlaq nəticəsidir.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm