Əsərlərinə qadağa qoyulan Nobel mükafatçısı dünyasını dəyişdi
Bizi izləyin

Art

Əsərlərinə qadağa qoyulan Nobel mükafatçısı dünyasını dəyişdi

Nobel mükafatlı İtaliyan yazıçı, teatr rejissoru və aktyor Dario Fo 90 yaşında dünyasını dəyişib.

Nobel mükafatlı İtaliyan yazıçı, teatr rejissoru və aktyor Dario Fo 90 yaşında dünyasını dəyişib.

Publika.az xəbər verir ki, Dario Fo qara ciyərindən 12 gündür ki, xəstəxanada müalicə görürdü. Fonun yazdıqları arasında "Anarxistin təsadüfi ölümü" (1970), “Üzsüz”, Qadın Oyunları (1981), "Körpəcə" Haradasa Qadın, (1974) kimi məşhur əsərlər var. O, teatrlarda əsərləri qadağan edilən dörd yazardan biri idi.

1997-ci ildə "orta əsrlər təlxəkləri kimi hakimiyyəti və avtoriteti tənqid, haqqı tapdananları müdafiə etdiyinə görə” Dario Foya Nobel mükafatı təqdim edilib. Fonun bir çox satirik komediyalarında, o cümlədən “Anarxistin təsadüfi ölümü” pyesində sosial qrotesk karikatura dərəcəsinə çatıb.

Dario Fo dünyanın 48 ölkəsində səhnələşdirilən pyeslər yazıb.

Dilrubə Vaqifzadə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm