Bakıda tullantılardan ibarət sərgi
Bizi izləyin

Art

Bakıda tullantılardan ibarət sərgi

Bakıda Azərbaycan Beynəlxalq Məktəbinin tələbələri tərəfindən tullantılardan hazırlanan eksponatların sərgisinin açılışı olub.

Məlumata görə, "Repurposed" (Yenidən məqsəd) adlı sərgi Azərbaycan Rəssamlar İttifaqında keçirilir.

Sərgidə çıxış edən ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib ki, müasir dünyada ətraf mühit barədə düşünmək, insanların ona qarşı münasibəti çox vacibdir. O, Azərbaycan Beynəlxalq Məktəbi tələbələrin bu layihəyə qoşulmasından məmnunluğunu bildirib.

Sonra sərginin açılışını bildirən rəmzi lent kəsilib.

Xatırladaq ki, eksponatların hazırlanmasında müxtəlif ölkələrdən olan 600-dan çox tələbə iştirak edib. Sərgi noyabrın 8-dək davam edəcək. (Report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm