“TEAS Press”dən Oljas Süleymenova böyük diqqət - - FOTOLAR
Bizi izləyin

Art

“TEAS Press”dən Oljas Süleymenova böyük diqqət - - FOTOLAR

“TEAS Press” Nəşriyyat evi 2016-cı ildə görkəmli qazax mütəfəkkiri və ictimai-siyasi xadimi, Qazaxıstanın xalq yazıçısı, ədəbiyyatşünas-alim, şair Oljas Süleymenovun əsərlərini müxtəlif dillərdə çap edib.

“TEAS Press” Nəşriyyat evi 2016-cı ildə görkəmli qazax mütəfəkkiri və ictimai-siyasi xadimi, Qazaxıstanın xalq yazıçısı, ədəbiyyatşünas-alim, şair Oljas Süleymenovun əsərlərini müxtəlif dillərdə çap edib.

Publika.az xəbər verir ki, bura məşhur “Az i Ya”, “Gil kitab”, “Sözün kodu”, “Türklər tarixdən əvvəl” adlı elmi-tədqiqat əsərləri, “Tanrının təbəssümü” adlı şeirlər toplusu, habelə Süleymenovun həyat və yaradıcılığından bəhs edən “Oljas fenomeni” adlı kitab daxildir. Oljas Süleymenovun 80 illik yubileyi münasibətilə “TEAS Press” Nəşriyyat evində Azərbaycan, türk və ingilis dillərinə tərcümə olunaraq nəfis şəkildə nəşr edilən bu əsərlər görkəmli mütəfəkkirin çoxşaxəli və orijinal yaradıcılığının bütün aspektlərini əhatə edir.
Dünyanın 22 görkəmli mütəfəkkiri siyahısına daxil edilən, bir çox ölkələrin, o cümlədən Azərbaycan, Rusiya, Türkiyə və Ukraynanın ali dövlət mükafatları ilə təltif olunan Oljas Süleymenovun tarix, etimologiya, linqvistika, türkologiya və slavistika sahəsindəki araşdırmaları, elmi dairələrdə güclü rezonans doğuran elmi-publisistik yazıları ona bütün Avrasiya məkanında böyük şöhrət gətirib. Lakin görkəmli tədqiqatçının elmi fəaliyyəti heç də həmişə rəğbət və təqdir qazanmayıb. Oljas Süleymenov sovet dövründə təqib olunub, əsərləri qadağan edilib, kitabları satışdan və kitabxanalardan yığışdırılıb, əsərlərinin çapına yasaq qoyulub. Məsələn, Oljas Süleymenovun çoxillik tarixi-linqvistik araşdırmalarının məhsulu olan “Az i Ya” adlı əsəri 1975-ci ildə nəşr ediləndən sonra təkcə keçmiş SSRİ-də deyil, bütün dünyada ciddi rezonans doğurmuş, Qərbdə tənqidçilər tərəfindən “sovet bestselleri” adlandırılmışdı. Əsər türk və slavyan xalqlarının tarixinə, dilinə, mədəniyyətinə tamamilə yeni və orijinal yanaşma kimi bütün dünyada böyük marağa səbəb olmuşdu.

“TEAS Press” Nəşriyyat evi Oljas Süleymenovun kitablarını müxtəlif dillərə tərcümə və nəşr edərkən bütün bunları, habelə ədibin elmi və ədəbi əsərlərinin öz obyektivliyini və aktuallığını bu gün də qoruyub saxladığını nəzərə almışdır. Ümidvarıq ki, ilk dəfə rus dilində nəşr edilən bu kitablar dil baryerinə görə onlarla hələ tanış olmayan tarixçilər, linqvistlər, türkoloqlar, slavistlər, mifoloqlar, etimoloqlar, eləcə də bəşər sivilizasiyasının tarixi ilə maraqlanan geniş oxucu auditoriyası üçün maraqlı mənbə rolunu oynayacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm