“Əli və Nino”nun təqdimatı oldu
Bizi izləyin

Art

“Əli və Nino”nun təqdimatı oldu

Nümayişdən öncə Elvin Mirzəyev "Əli və Nino" nun onun həyatını dəyişdiyini deyib.

Yarat Müasir İncəsənət Mərkəzində “Əli və Nino” filminin təqdimatı olub.

Təqdimat mərasimində filmin rejissoru Elvin Mirzəyev, Nino rolunun ifaçısı Nigar Həsənzadə, əməkdar artistlər Firdovsi Atakişiyev, Nicat Kazımov, Ayşad Məmmədov və başqaları iştirak edib.

Nümayişdən öncə Elvin Mirzəyev "Əli və Nino" nun onun həyatını dəyişdiyini deyib: "Bu gün filmi sizə təqdim etməklə mən "Əli və Nino" ilə vidalaşıram. Sevinirəm ki, çətinliklə ərsəyə gələn bu filmi sizə təqdim edirəm. Bundan sonra film taleyi sizin ixtiyarınızdadır". Daha sonra filmin bəstəkarı Cavanşir Quliyevin video təbriki təqdim olunub.

Filmin qəhrəmanı bakılı müsəlman Əli xan daha çox nəyi sevdiyini və nəyə bağlı olduğunu anlamağa can atır. O, Ninonu çox bərk sevir. Nino xristiandır, o, başqa dünyanın, milliyyətin, mədəniyyətin, adət-ənənələrin nümayəndəsidir. Amma Əli xan Ninoya ancaq Bakı şəhəri çərçivəsində aşiqdir. Bakıdan kənarda Əli xan Ninoya nifrət edəcək, Nino Əli xana İranda nifrət etdiyi kimi.

Bakının məhvi, Əlinin və Ninonun sevgisinin sonu deməkdir. Əli ideal cəmiyyətin utopik ideyasını özündə daşıyır. Əli xan daim öz hisslərini dəqiqləşdirməyə çalışır. Gözləri ilə qərbə bağlı olan Əli, öz ruhu vücudu, qəlbi ilə Şərqin, tarixi kökünün, ənənəsinin əsgəridir, öz qəlbində iki ziddiyyətli dünyanı birləşdirmək, uzlaşdırmaq istəyir.

Bir növ sonuncu mogikanların dövründən olduğu kimi, böyük ənənənin, tarixi etnosun, onun zadəganlarının, mədəniyyətinin, bəlkə də bir növ sivilizasiyasının məhv edilməsindən bəhs edən filmin qəhrəmanları tarixi keçidin, geosiyasi dəyişikliyin, dünya xəritəsinin dəyişən, yenidən bölünən dövrünü yaşayırlar. (teleqraf)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm