• USD 1,7000 0,00% EUR 1,8907 0,00%
    • GBP 2,1838 0,00% RUB 0,0265 0,00%

Əlisa Nicat səssizliyini POZDU: “Onlar başa düşmürlər”

  • Art
  • 8 Fevral 2017 17:45
  • 1 084 Baxış
Əlisa Nicat səssizliyini POZDU: “Onlar başa düşmürlər”

“Əlisa Nicatın ikinci-üçüncü kitabıdır ki, oxumağa cəhd edirəm. Yalançı pafos, yeniyetmə təfəkkürlü ironiya, öz aləmində isə sətiraltı nəsə yazmaq istəyi...

Картинки по запросу Əlisa Nicat

Kişi öz aləmində siyasi hakimiyyəti tənqid etmək istəyib... Heç bir ədəbi priyom yoxdur. Təsəvvür edin, Midya hökmdarı nazirlərə tapşırır ki, təcili şəkildə dənizləri, meşələri məhv edin. İnsanları mənəviyyatsızlığa yönləndirin.
Ya ürəklə tənqid et, ya da heç bu mövzulara girmə”.

Publika.az xəbər verir ki, bu sözləri “Hədəf” nəşriyyatının rəhbəri Şəmil Sadiq yazıçı Əlisa Nicatın “Artakerks və midiya türkləri” kitabı haqqında yazıb.

Картинки по запросу Əlisa Nicat

Ş.Sadiqin bu cümlələrinə Publika.az vasitəsilə münasibət bildirən yazıçı Əlisa Nicat haqqında bu fikirlərin deyilməsinə təəccüblənmədiyini deyir: “Azərbaycanda dünya ədəbiyyatını Homerdən bu günə qədər bilən insanam. Homerin əsərindəki gözəllikləri mən açmışam, dünya ədəbiyyatını əzbər bilirəm. Necə ola bilər ki, dünya nəhənglərini tərcümə edən, əzbər bilən biri tənqidin nə olduğunu bilməsin. O adamlar Platondan bu dövrə kimi tanıyırlar? Ancaq mənim evimdə onların hamısının külliyyatı var, hamısını tərcümə etmişəm. İndi mən ayda 150 manat, onlar 15 min manat qazanırlar. Onlar belə deməlidirlər, çünki mən onların müdafiə obyektlərini göstərirəm. O adamlar bu obyektlərini dişləri, dırnaqları ilə müdafiə etməlidirlər.

Çünki onlar pullu oğlanlardır. Belələri qüdrətli ironiyanı başa düşmürlər. 80 illik yubileyimdə məndən xəbərsiz tanınmış alim, professorların haqqımda fikirlərindən ibarət kitab nəşr edilib. Həmin kitabda yazılanlar bu cür fikirlərə cavabdır.

Mən kitabları ilə dolanan insanam. İndi məcburam bu fikirlərə cavab olaraq özümü tərifləyim. Onlar kim ilə danışdıqlarını bilmirlər.

Aristotel deyir ki, o adamlar ki, öz səviyyələrinə görə tək-təkdirlər, başqalarından yüksəkdirlər, onlar üçün qanun ola bilməz. Onların öz hərəkətləri və davranışları qanundur. Mən belələrindən biriyəm”.

Картинки по запросу Dilqəm Əhməd

Gənc yazar Dilqəm Əhməd Əlisa Nicatın son iki kitabının Azərbaycan ədəbiyyatı üçün yeni bir mərhələ olduğunu deyib: “Mən Əlisa bəyin “Artakerks və midiya türkləri” kitabını çox sevirəm. Ümumiyyətlə, düşünürəm ki, Əlisa müəllimin son iki romanı olan “Ehram” və “Artakerks və midiya türkləri” Azərbaycan ədəbiyyatında yeni bir mərhələ başladıb. “Artakerks və midiya türkləri”ndə bir millətin 2500 illik faciəsi izah olunub. Və bu faciənin səbəbkarı hər dönəmdə mahiyyətcə eyni adam olub”.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR