Cəbiş müəllimin arvadının xəyanət görüntüləri - FİLMDƏN KƏSİLƏN YER - - VİDEO
Bizi izləyin

Art

Cəbiş müəllimin arvadının xəyanət görüntüləri - FİLMDƏN KƏSİLƏN YER - - VİDEO

Deyilənə görə, “Bizim Cəbiş müəllim” filmi belə bitməməliymiş

Tədqiqatçı Füzuli Sabiroğlu “Bizim Cəbiş müəllim” filmindən kəsilən kadrları üzə çıxardıb.

Deyilənə görə, filmi belə bitməməliymiş. Cəbiş müəllimin arvadı alverçi qonşusu Əbülfəz ilə Cəbiş müəllimə xəyanət edir. Bu xəyanəti görən Cəbiş müəllim isə könüllü cəbhəyə yollanır və film onun ölümü ilə başa çatır.

Filmin ssenari müəllifi, Xalq yazıçısı Maqsud İbrahimbəyov bu iddiaları təkzib edərək filmin məhz onun yazdığı kimi bitdiyini deyirdi.

Lakin dünən Füzuli Sabiroğlunun Yutuba yüklədiyi bir video bu köhnə şaiyəni yenidən aktuallaşdırır.

Belə ki, aşağıda təqdim olunan kadrda Sovet dövrü üçün intim sayıla biləcək bir səhnə çəkilib. Hələ bu azmış kimi, həmin səhnədan anons məqsədi ilə də istifadə olunub. Lakin həmin səhnə filmə salınmayıb.

(Kulis.az )

Oxumağa davam et
Reklam
Reklam

Gündəm