Millət vəkili Kənan Hacıdan XOŞ XƏBƏR VERDİ - YENİLƏNDİ
Bizi izləyin

Art

Millət vəkili Kənan Hacıdan XOŞ XƏBƏR VERDİ - YENİLƏNDİ

Kənan Hacı mobil telefonunu söndürdüyü üçün yaxınları onunla əlaqə saxlaya bilmir.

Tanınmış yazar Kənan Hacının sosial şəbəkədə yazdığı intihar statusu gündəm yaradıb. Bir çoxları onunla əlaqə saxlamaq istəsələr də, buna nail ola bilməyiblər. Səbəb isə Kənan Hacının telefonuna zəng çatmamasıdır.

Bu xəbəri alan kimi millət vəkili Qənirə Paşayeva Kənan Hacının evinə gedib.

Publika.az-a açıqlama verən millət vəkili Kənan Hacı ilə danışdığını və onun intihar etmədiyini deyib: “İndi biz onun xanımı və Fuad bəylə birlikdə evinə gedirik. Yoldaşı İlhamə xanım da dərsdə idi, xəbəri yox idi. Xəbəri eşidən kimi telefonuna zəng edib cavab verməyib. İndi dərsi yarımçıq qoyub, birlikdə evə gedirik. Yolda Kənanın çox az adamın bildiyi nömrəsinə zəng etdik, danışdıq. Kənana da evə gəldiyimizi dedik”.

***

Tanınmış şair, yazıçı Kənan Hacı yazar Mövlud Mövludun intiharından sonra sosial şəbəkədə intihar anonsu verib.

O, “Yoruldum artıq... Günahlarımın bağışlanacağına ümid edirəm... Salamat qalın!” – yazıb.

Kənan Hacı mobil telefonunu söndürdüyü üçün yaxınları onunla əlaqə saxlaya bilmir.

Qeyd edək ki, bu gün gənc yazar Mövlud Mövlud özünü yaşadığı binanın 17-ci mərtəbəsindən ataraq intihar edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm