Azərbaycanlı qadına şeir yazan rus şairi vəfat etdi (YENİLƏNDİ) - - FOTO/VİDEO
Bizi izləyin

Art

Azərbaycanlı qadına şeir yazan rus şairi vəfat etdi (YENİLƏNDİ) - - FOTO/VİDEO

Orqanizm müalicəyə cavab verməyib və şaır iflic olmuşdu.

ABŞ-da məşhur rus şair Yevgeni Yevtuşenko vəfat edib.

Publika.az "TASS"-a istinadən xəbər verir ki, bu barədə şairin dostu Mixail Morqulis məlumat verib.

"Yevgeni Aleksandroviç beş dəqiqə əvvəl əbədiyyətə qovuşdu", - o, deyib.

Y.Yevtuşenko Moskva vilayətindəki Peredelkinoda dəfn olunacaq.

***

Keçmiş SSRİ-nin ən böyük şairlərindən hesab olunan Yevgeni Yevtuşenko ABŞ-da ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Publika.az xəbər verir ki, hadisə barədə mediyaya şairin həyat yoldaşı Mariya Novikova məlumat verib.

Onun sözlərinə görə, bu, planlaşdırılmış müayinə olmayıb. Vəziyyəti ilə bağlı geniş məlumatı həkim rəyindən sonra verə biləcəyini deyib.

Dörd il əvvəl həkimlər Yevgeninin ayaqlarını amputasiya edib. İki ildən sonra isə aritmiyalara qarşı müalicə alıb.

Təxminən 1997-ci ildən Yevtuşenko oynaq zədələnməsi səbəbindən ayağında güclü ağrılar hiss edib. Cərrahi əməliyyatla oynaqlara süni titan qoyulub. Orqanizm müalicəyə cavab verməyib və şaır iflic olmuşdu.

Dəfələrlə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən Yevtuşenko "On əsrlik rus poeziyası" adlı müxtəlif müəlliflərin seçilmiş əsərlərindən ibarət antologiyasının, "İlin Kitabı" nominasiyasına laiq görüldüyü tədbirdə iştirak edə bilməmişdir.

Yevgeni Yevtuşenko 1934-cü ildə İrkutsk vilayətində şair ailəsində anadan olub. Şairin ilk şeiri "Sovetskiy sport" qəzetində, ilk şeirlər kitabı isə 1952-ci ildə dərc olunub. Müəllifin150-dən artıq əsəri dünyanın bir çox dillərinə tərcümə edilmişdir.

Yevgeni Yevtuşenko Sosialist Əməyi Qəhrəmanı Xuraman Abbasovaya "örpək" adlı şeir həsr etmişdi.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm