Məni bağışlayın, artıq gedirəm
Bizi izləyin

Art

Məni bağışlayın, artıq gedirəm

O dünyada rahatlıq tapmaq üçün bunu mənə söz verməyini xahiş edirəm

Xəbər verdiyimiz kimi ABŞ-da xəstəxanaya yerləşdirilən görkəmli Sovet və Rus şairi dünən xəstəxanada vəfat edib.

Publika.az xəbər verir ki, şairin ölümü iıə bağlı mediyaya dostu Mikayıl Morqulis danışıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ömrünün son saatlarında şairin yanında olan Mikayıl onun yarım qalan arzu və istəklərindən danışıb:" Mən söz vermişdim sizi belə tez tərk etməyəcəm. Məni bağışlayın,artıq gedirəm. Həkimlər deyir ki mən son saatlarımı yaşayıram. Yarım qalan layihələrimizi mütləq tamamla. O dünyada rahatlıq tapmaq üçün bunu mənə söz verməyini xahiş edirəm".

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Mənə xoş bir şeylərdən danışmağımı dey. Ona hər şeyin yaxşı olacağını, bir neçə gündən sonra xəstəxanadan çıxacağını dedim: "Siz çox gözəl bir həyat yaşadınız. Sizin milyonlarla sevəniniz var. Narahat olmayın" dedim.

Yevtuşenkonun ölməzdən əvvəl son iki arzusundan biri Rusiya və ABŞ arasındakı münasibətlər düzəlsin,ölkələrdə vətəndaşlarımız sevgi və mehribanlıq içərisində yaşasın.

Yevtuşenkonun oğlu atasının səhhəti haqqında danışıb. Oğlunun dediyinə görə, ilk dəfə 6 il əvvəl ona xərçəng diaqnozu qoyulub:" O vaxt bu diaqnoz qoyulanda əməliyyatla xərçəngin bir hissəsini götürdülər. Son vaxtlar xəstəlik özünü yenidən büruzə verməyə başladı və atamı xəstəxanaya yerləşdirdik. 4 ay yaşayacağını desələrdə o çox az yaşadı. Mən həmişə Allaha dua edirdim ki o ağrı hiss etməsin. Elə də oldu. Atam yatdığı yerdə dünyasını dəyişdi. Son dəqiqəyə qədər əlini tutmuşdum. O yuxuya gedənə qədər ailəsi sevdikləri yanında idi. Sevdiklərinin əhatəsində gözlərini əbədiyyən yumdu."

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ömrünün son illərini ABŞ-da yaşayan Yevtuşenko ailəvi dostu Mikayıl Morqulisa onu, Rusiyada Boris Pasternakın yanında dəfn etmələrini istəyib.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm