• USD 1,7000 0,00% EUR 2,0120 -0,37%
    • GBP 2,2300 -0,13% RUB 0,0232 -0,43%

Ayxan Ayvazdan “Buri”

  • Art
  • 2 Aprel 2017 22:05
  • 927 Baxış
Ayxan Ayvazdan “Buri”

Gənc yazar Ayxan Ayvazın “Buri” adlı hekayələr kitabı çap olundu.

“Qanun” nəşriyyatında çap olunan kitabın redaktorları Şərif Ağayar və Cavid Zeynallıdır.

Kitabda müəllifin müxtəlif mövzularda qələmə aldığı 10 hekayə toplanıb. Aprelin 1-də gənc yazarın imza günü də keçirilib. Gənc Tamaşaçılar Teatrında baş tutan imza günündə bir çox tanınmış qələm adamları iştirak ediblər.

Kitabın qiyməti 5 manatdır. İmza günündə satış da həyata keçirilib. Kitabların yanında bir dilim çörək də olub. Bunun səbəbi isə kitabın adı ilə bağlıdır. Belə ki, "Buri" çörək deməkdir.

Ayxan Ayvaz imza günü ilə bağlı təəssüratlarını musavat.com-la bölüşüb: "Çox möhtəşəm imza günü oldu. Gözlədiyimdən daha yaxşı... Biz həmişə gileylənirik ki, oxuyan yoxdur. Ancaq imza günündəki qələbəliyi görəndə gələcəyə ümidim artdı. Kitab oxuyan var. Biz sadəcə onlara kitabı təqdim etməliyik. Azərbaycanın yeni oxucularını yaratmaq missiyası bizim boynumuza düşüb".

"Yazmaq intihardan xilas edir"

Kitab 300 tirajla çap edilib və artıq imza günündə 150 kitab satılıb. "Bu satış sürəti sizə növbəti kitabı yazmaq üçün stimul verəcəkmi" sualına yazar belə cavab verdi: "İkinci imza günü də olacaq. Kitab artıq mağazalarda satışdadır. İstəyənlər kitabı mağazalardan əldə edə bilərlər. Tələsik kitab çıxarmağı sevmirəm. Bu kitab 6 ildən sonra ortaya çıxdı. O birisi kitab üçün tələsmirəm. Ancaq şübhəsiz ki, yazmağa davam... Yazmaq intihardan xilas edir".

- İmza günü həm də sizin doğum gününüz idi. Bu kitabı ad günü hədiyyəniz kimi qəbul etmək olarmı?

- Mənim 1 apreldə doğulmağıma heç kim inanmırdı. Hamı zarafat kimi qəbul edirdi. Dünyaya gəlib-gəlməməyim üstündə evdə də mübahisə düşüb. Anam abort etdirmək istəyib. Sonra ən sevimli uşağı olmuşam. Bu kitab mənim pasportumdur. Hesab edirəm ki, bir gənc yazıçının nəyə qadir olduğunu bu kitabda görmək olacaq. Kitabdakı hekayələr 10 illik yazılarımın içində sağ qalanlardır. Və bu sağ qalanlar ciddi mətnlərdir”.

Qeyd edək ki, “Buri” gənc yazarın ilk hekayələr kitabıdır. Bundan əvvəl onun romanı və tərcümə kitabı işıq üzü görüb.

Musavat.com

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR