Dostoyevskidən aforizmlər: “İnsanlar üç şeydən qorxur...”
Bizi izləyin

Art

Dostoyevskidən aforizmlər: “İnsanlar üç şeydən qorxur...”

"Sənin üçün hər şeyə hazır olan insanı incitmə".

Dünya ədəbiyyatında silinməz iz qoymuş dahi rus yazılarından biri – Fyodr Dostoyevski hələ sağlığında haqqında ən çox danışılan ədiblərdən olub. Onun həyatı, özünəməxsus, hətta klassiklərin bəyənmədiyi yazı üslubu (Lev Tolstoy, Vladimir Nabokov, İvan Bunin onu həvəskar yazıçı hesab edirdilər), pis vərdişləri bu gün də neçə-neçə araşdırmaların hədəfidir. Rus klassiklərindən fərqli olaraq ölkəsinin hüdudlarından kənarda Dostoyevskini nəinki sevir, hətta ilahiləşdirirdilər. Məsələn, məşhur alman filosofu Fridrix Nitşe Dostoyevskini özünə ustad hesab edirdi.

Publika.az rus klassiklərinin “həvəskar” dediyi Dostoyevskinin bu gün də aktuallığını itirməyən məşhur aforizmlərinə nəzər salıb:

1. Sənə ehtiyacı olanlar üçün yaşamalı, güvəndiyin adamla dostluq etməli, xoş qarşılayanla ünsiyyət qurmalı və səni dəyərləndirənlərə minnətdar olmalısan.

2. Xatirələrinizi incikliklərlə “zibil”ləməyin, yoxsa gözəl anlar üçün təmiz yer qalmaz.

3. İnsan həqiqətən də istədiyi şeyə vaxt tapar.

4. Sənin üçün hər şeyə hazır olan insanı incitmə.

5. İnsanın ruhu övladları ilə rahatlıq tapır.

6. Bir gün həyatında yeni ad peyda olacaq və əvvəlkini toza çevirəcək.

7. Əgər sən soyuqqanlısansa insanları incidəcəksən, həssas adamsansa onlar səni incidəcək.

8. Əksər insanlar üç şeydən qorxur: etibar etməkdən, həqiqəti söyləməkdən və özü olmaqdan.

9. İnsan ağıllı məxluqdur, amma ağılla hərəkət etmək üçün tək ağıl azlıq edir.

10. Həyat hədəfsiz boğular.

11. Əgər hədəfə doğru gedirsənsə, hər hürən itə daş atmaq üçün dayansan, yolu başa vura bilməzsən.

12. Bəzən uşaqlar ən çətin məqamda ağıllı məsləhət verə bilirlər.

13. İnsanı məhv etməyin çox asan yolu var: sadəcə deyirsən ki, nə özün kiməsə lazımsan, nə də gördüyün iş.

14. Ər və arvad arasına heç kim, hətta anaları da girməməlidir. Onlar bir-birini qırsalar da, hakim də özləri olmalıdır, müttəhim də. Çünki sevgi iki nəfərlikdirsə, onun sevinci də, dərdi də iki nəfərlikdir.

15. Hamı ilk addımı atmağa qorxur, çünki qarşılıqsız olacağından ehtiyat edirlər.

Şəfiqə ŞƏFA

Oxumağa davam et
Reklam
Reklam

Gündəm