Əlilliyi olan akyorların növbəti tamaşası – ŞEKSPİRDƏN
Bizi izləyin

Art

Əlilliyi olan akyorların növbəti tamaşası – ŞEKSPİRDƏN

Azərbaycan teatrının “ƏSA”sı növbəti tamaşasını hazırlayır.

Publika.az
xəbər verir ki, ölkədə bir ilkə imza atan, əsas heyəti fiziki məhdudiyyətli şəxslərdən ibarət inklüziv ƏSA Teatrı dahi ingilis dramaturqu Uilyam Şekspirin “Yay gecəsində yuxu” romantik komediyasını səhnələşdirəcək.

Teatrın baş meneceri Nicat Qulamın verdiyi məlumata görə, artıq premyera günü təyin edilib və tamaşa hazırlığı sürətli şəkildə davam edir. Bu dəfə ki, səhnə əsərində 10-u fiziki məhdudiyyətli olmaqla 15 aktyor iştirak edəcək. Tamaşanın quruluşçu rejissoru Şamil İbrahimov, ikinci rejissoru isə teatrın bədii rəhbəri Nihad Qulamzadədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm