Yevtuşenkonun SİRRİ ÜZƏ ÇIXDI: şairin ABŞ-a tez-tez getməsinin SƏBƏBİ BİLİNDİ - FOTO
Bizi izləyin

Art

Yevtuşenkonun SİRRİ ÜZƏ ÇIXDI: şairin ABŞ-a tez-tez getməsinin SƏBƏBİ BİLİNDİ - FOTO

Yevtuşenko onlar üçün hər şeydən əvvəl dövlətə qarşı çıxan dissident qələm adamı idi.

Aprelin 1-də ABŞ-da dünyasını dəyişmiş böyük rus şairi Yevgeni Yevtuşenko haqqında maraqlı faktlar ortaya çıxıb.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, şair özü sağlığında bu barədə açıqlamalardan yayınsa da, əslində yaxın zamanlara qədər öz əcdadlarının tərcümeyi-halında bəzi faktlar ortaya çıxarıbmış.

Əvvəlcə onu qeyd edək ki, “Siz niyə Amerikaya getdiniz” sualından şairin həmişə zəhləsi gedib. Amma 20 ilə yaxındır ki, müsahibələr bu sualsız keçməyib. Hətta oxucuları belə ondan avtoqraf alanda mütləq bu sualı ona verərmişlər.

Hələ 1991-ci ildə Yevtuşenko ABŞ-ın Oklohoma ştatının Tals şəhərində mühazirələr oxumağa, şeirlərini səsləndirməyə gedirdi. Düzü, amerikalılar şeirdən ruslar və avropalılar qədər anlamasalar da, ən azından qulaq asırdılar. Amma Yevtuşenko onlar üçün hər şeydən əvvəl dövlətə qarşı çıxan dissident qələm adamı idi.

Yevtuşenkonun ABŞ həyatı xoş keçirdi. Maddi korluq çəkmir, hörmət və diqqət görürdü. Hər halda 90-cı illərdə Rusiya daxil, postsovet ölkələri şairləri aclıq çəkəndə, əsərlərini çap etdirmək iqtidarında olmayanda Yevtuşenko bütün bunlardan kənar ömür sürürdü. Lakin bununla belə Yevtuşenko özünü mühacir saymırdı, yalnız iş üçün getdiyini deyirdi. Bunu özünəməxsus şəkildə izah edirdi: “Əgər pəncərəni təsvir etmək istəyirsənsə, onda pəncərədən kənara çıxıb ona uzaqdan baxmalısan”. ABŞ-da yaşayan digər dissidentlərdən fərqli olaraq o, Rusiyaya hər fürsətdə gəlir, yay mövsümünü doğma Peredelkino qəsəbəsində keçirirdi.

O ki qaldı şairin Rusiyadan getmə məsələsinə, sonradan məlum oldu ki, bunun dissidentliklə çox az əlaqəsi varmış. Belə ki, Yevtuşenko şəcərəsini araşdırarkən maraqlı faktlara rast gəlib. Onun ulu babası İosif Baykovski vaxtilə Çukotkaya qədər gedib çıxıb və araşdırma aparandan sonra “Berinq tuneli” adlı layihə cızıb. Bu layihə iki dövləti – ABŞ və Rusiyanı birləşdirməyə hesablanıb. Yevtuşenko da bunu öyrənəndən sonra ulu babasının başladığı işi tamamlamaq niyyətinə düşüb. “Berinq tuneli” üzərində işləri davam etdirsə də ömür vəfa etməyib. İndi həmin layihənin aqibəti illərdir olduğu kimi yenə də açıq qalıb.

Qeyd edək ki, “Berinq tuneli” artıq çoxdandır iki dövlətə və ictimaiyyətə məlumdur. Ancaq bunun qaynağının hardan gəldiyinə dair müxtəlif mülahizələr irəli sürülürdü. Berinq körfəzi ilə çəkiləcək bu tunel 100 ilə yaxındır ki, iki dövlətin rəhbərlərinin qapalı görüşlərində müzakirə olunur. Hətta 2008-ci ildə Soçidə prezident Vladimir Putin və o zamankı ABŞ prezidenti Corc Buşun bağlı qapılar arxasında bu barədə müzakirə etdiyi də güman olunurdu. “Daily Mail” qəzeti iddia edirdi ki, Çukotkadan Alyaskaya qədər uzanan 100 km-lik tunel üçün buranın qubernatoru, milyarder Roman Abramoviç dünyanın ən böyük tunelqazan maşınını alıb. Abramoviç özü isə bunu təkzib edirdi.

Bu tunelin təkcə iki ölkə üçün deyil, bütün dünya üçün həm mənəvi, həm də maddi olaraq fayda verəcəyi düşünülür. Çünki tunel daim gərgin münasibətdə olan Rusiya və ABŞ üçün bir “dostluq körpüsü” rolunu oynaya bilər ki, bu da kiçik dövlətlərin sülh anlayışına müsbət təsir göstərər. İkincisi, qlobal mal mübadiləsinin sürətlənməsində faydalı olar.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Şəfiqə ŞƏFA

Oxumağa davam et
Reklam
Reklam

Gündəm