Məşhur yazıçıların gizli məktubları SATIŞA ÇIXARILDI
Bizi izləyin

Art

Məşhur yazıçıların gizli məktubları SATIŞA ÇIXARILDI

Məktub və gündəlikləri satışa çıxarılacaq.

Dünya ədəbiyyatının ən tanınmış simaları – Qustav Flober, Viktor Hüqo və Marsel Prustun məktub və gündəlikləri satışa çıxarılacaq.

Bu barədə Publika.az “The Guardian” qəzetinə istinadən məlumat verir. Ümumilikdə bu məktub və gündəliklərin hərracda başlanğıc qiyməti 700 min dollardır.

Bildirilir ki, ən böyük tələbat Floberin məktublarınadır. Bu məktublardan biri 1857-ci ildə “Madam Bovari” romanının müdafiəsi səbəbilə yazılıb. Romana görə xoşagəlməz rəylər eşidən Flober məhkəməyə müraciətlə yazmışdı. Belə ki, Flober və onun nəşriyyatı “ictimai dəyərləri pozmaqda” ittiham edilirdi. Məktubda belə deyilir: “Mən bu romanı cavan qızlar üçün yazmamışam ki, oxuyub azsınlar. Mən bunu ədəbiyyat üçün yazmışam”.

Hüqonun gündəliyi isə Hernsi adasından yazdıqlarıdır. Burada yazıçı spiritik seanslardan yazır. Buna görə də onun nəslinin davamçıları uzun müddət gündəliyi gizli saxlayıblar.

Marsel Prustun məktubları isə hərracın ən əyləncəli satışı hesab olunur. Burada yazıçı evun divarlarının səs keçirməsindən şikayət edir. O, qonşularının sevişmə səsindən əzab çəkdiyini yazır. Məktubda deyilir: “İki gündən bir qonşularım elə yüksək səslə sevişirlər ki, lap həsəd çəkirəm”.

Şəfiqə ŞƏFA

Oxumağa davam et
Reklam
Reklam

Gündəm