• USD 1,7000 0,00% EUR 1,9915 -0,32%
    • GBP 2,2137 -0,50% RUB 0,0231 0,00%

Hamını yoldan çıxaran, anası lüt gəzən, atası bəlli olmayan, NİFRƏT EDİLƏN DAHİ

  • Art
  • 24 Aprel 2017 13:21
  • 15 172 Baxış
Hamını yoldan çıxaran, anası lüt gəzən, atası bəlli olmayan, NİFRƏT EDİLƏN DAHİ

Əgər depressiyada deyilsinizsə, psixi problemləriniz yoxdursa, onda belə vəziyyətdə olan insanları anlamaqda çətinlik çəkəcəksiniz. Olsa-olsa bu cür insanların halına acıyarsınız. Amma elə qrup insanlar da var ki, depressiv şəxslərin əziyyətindən bəhrələnir. Psixiloq, əczaçı, xəbis dost, hətta rejissor olaraq!

Eynən Lars fon Trier kimi. Bu rejissorun indiyədək çəkdiyi filmlər nəinki psixoloji problemləri olan, hətta sağlam insanları belə yolundan edir. Onun çəkdiyi filmləri izlədikdən sonra insanlar bir müddət özlərinə gələ bilmirlər.

Publika.az bildirir ki, məhz bu səbəbə görə, mütəxəssislər, Trier filmlərini insanlar, xüsusən də gənc nəsil üçün təhlükəli hesab edir.

Çoxları Trierin özünü də ruhi xəstə sayır. Onun “Antixrist”, “Nimfoman qadın”, “Melonxoliya” və digər filmlərinin süjeti müxtəlif olsa da, mövzu üçündə də eynidir. Ruhi xəstə olan qadınların özünə və ətrafına dəhşətli təsiri!

Bəs Lars fon Trier kimdir – qadın düşməni, psix, ya təxribatçı? Maraqlıdır ki, hər üçünü bu insana aid edirlər. Sadəcə bir şey bəllidir ki, bu rejissorun kamerasından çıxan filmlər onu izləyənlərə pis təsir edir, amma hamı da baxmaq istəyir. Onu nəinki sadə, normal səhhətli insanlar, film işində çalışan, reytinqə işləyən rejissorlar da anlamaq istəmirlər. Lakin hər nə olursa-olsun Trier bu gün dünyanın ən yaxşı rejissorlarının ön cərgəsindədir.

Hələ məktəbdə oxuyarkən bu danimarkalı oğlanı “başdanxarab” hesab edirdilər. Sinif yoldaşları ondan uzaq gəzirdilər, çoxlarına valideyni Larsla dostluq etməməsini qətiyyətlə tapşırmışdı. Bütün psixi problemli insanlar kimi Larsın da uşaqlığı həsəd aparılan olmayıb. Onun valideynləri nudist olublar (tamamilə çılpaq gəzməyə üstünlük verənlər). Larsın tək-tük dostları da buna görə oğlana lağ edirmiş, çılpaq anasının fotolarını çəkib məktəbdə göstərirmişlər. Lars buna görə anasına nifrət edirdi. Anası öldüyü gün oğluna onu da demişdi ki, illər boyu ata hesab elədiyin kişi atan deyil. Larsın əsl atası isə alman nasisti olub, adamın övladı olduğundan heç xəbəri də olmayıb. Onsuz da anasına nifrət edən Lars bunun acığını çıxaraq filmlərdə qadınları psixi çatışmazlıqlarla təhqir edir. Filmlərində kişilərdən, sadəcə “fon aksessuarı” kimi istifadə edir.

Lars hazırda Danimarkada keçmiş hərbi kazarmanın önündə yaşayır. Filmlərini isə bu kazarmada montaj edir. Özünün dediyinə görə, divarlarında hələ də hərbi sərtliyi və işgəncələri saxlayan bu kazarma ona ilham verir.

Trierin biznes ortağı Piter Yensen deyir ki, ona nəinki sıravi danimarkalı, hətta Danimarka krallığının yüksək rütbəli şəxsləri də nifrət edir. Çünki o, həddən artıq özünəvurğundur. Ətrafındakı insanları təhqir edir. Küçəyə gəzintiyə çıxsa belə, insanlar ondan yan gəzirlər. Amma axşam məmnuniyyətlə onun filmini izləyirlər.

Nasist atasının gen yaddaşı oğluna keçib. Trier dəfələrlə Hitlerə simpatiya bəslədiyini, yəhudilərə nifrət etdiyini deyib. Onun bu fikri isə artıq dillər əzbərinə çevrilib: “İsrail hələ çox baş ağrıdacaq”.

Qəribədir ki, başqalarının qorxunc hesab etdiyi bu rejissorun özünün də fobiyaları var, həm də başqalarına çox adi gələn şeylər bu adamı qorxudur. Məsələn, müasir nəqliyyat vasitələri – sürət qatarı, son model avtomobillər. Bundan başqa, kütlə arasında qalmaqdan, dəniz ilbizlərindən, xəstəxanadan, yanğından qorxur. Bir sözlə, özü demiş kinodan başqa hər şeydən qorxur.

Bəzi tənqidçilərin fikrincə, bu böyük “təxribatçı” əslində Xeyir və Şəri filmlərində qarşılaşdırır. Sadəcə onun “üzləşdirmə”sinin özünəməxsus üsulu var. Lars ibraətamiz yollardan keçmir. Tamaşaçını psixoloji pillələrdən keçirib nəticə çıxarmağı öz ixtiyarına buraxır.

Məsələn, “Melanxoliya”da o, qiyamət gününü ruhun təmizlənməsi kimi təqdim edir ki, əslində elə bütün dinlər də bunu təbliğ edir. Qiyamət qorxusunu isə “Antixrist”ə saxlayır (bu filmi məşhur rus rejissoru Andrey Tarkovskiyə həsr edib). “Nimfoman qadın”da isə cənnəti öz dərrakəsi ilə tamaşaçıya ötürür. Yəni üç film bir mövzuda bir-birini tamamlayır. Ümumiyyətlə, qiyamət qorxusu Trierin digər filmlərində - “Dəhşətli məhkəmə”, “Depressiya trilogiyası”, “Ölümlü həzz bağçası”nda da davam etdirilir. Hardasa bunu rejissorun əsas mövzusu hesab etmək olar.

Amma “Qaranlıqda rəqs edənlər” filmini məhz ibrətamiz adlandırmaq olar. Burda bir ananın övladı üçün verdiyi qurbanlardan bəhs olunur. Kor mühacir qadın oğlunun əməliyyatı üçün pul yığır, amma onu oğurlayan adamı hirsindən öldürür. Ölüm hökmü verilən qadın bəlkə də bundan xilas ola bilərdi. Amma yığdığı pulu vəkilə vernək istəmir. “İkimizdə bu dünyada kor qalmaqdansa, qoy oğlum dünyanı öz gözləri ilə görə bilsin”, deyir. Film 2000-ci ildə “Qızıl Palma” mükafatını alıb.

Narkotik asılılıqdan əziyyət çəkən Larsla çalışmaq aktyorların özlərinin də əsəblərinin gərilməsi ilə nəticələnir. Rejissor nəinki çəkiliş meydançasında, az qala çəkilişdən kənarda filmə çəkdiyi aktyorları idarə etmək istəyir ki, çox vaxt bunun mümkünsüzlüyü onu bədbinliyə qapadır. Nəticədə isə iş bəzən günlərlə yarımçıq qalır.

Özünü dünyanın ən yaxşı rejissoru sayan Trier Allahın iradəsi ilə film çəkdiyini deyir: “Allah özü istəyirdi ki, mən insanın qaranlıq tərəflərini çəkim”.

Yeri gəlmişkən, o özü etiraf edib ki, ssenarilərini narkotik maddələrin təsiri altında yazıb: “Ayıq başla yaza bilmirəm. Bilsəm də əvvəlki effekti vermir.” Onun sözlərinə görə, “Nimfoman qadın” filmindən başqa qalan bütün filmlərinin süjeti sərxoş və ya maddə qəbulu zamanı yazılıb.

Bir müddət içki və narkotikdən müalicə alan rejissor bu vaxt ərzində heç bir işlə yadda qalmadığına görə yenidən pis vərdişlərinə geri qayıdıb. Deyir ki, məhz spirtli içki onu yazmağa sövq edir və yaranan emosianal dəyişikliyi çəkiliş meydançasında yaradıcı enerjiyə çevirməyi bacarır.

Şəfiqə ŞƏFA

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR