Azərbaycanda ilk dəfə tamaşa işarət dili ilə tərcümə olunacaq
Bizi izləyin

Art

Azərbaycanda ilk dəfə tamaşa işarət dili ilə tərcümə olunacaq

Tamaşa zamanı işarət dili ilə tərcümə nəinki ölkədə hətta dünyada yenilik sayılır.

Azərbaycanda ilk dəfə ƏSA Teatrında tamaşa işarət dili ilə tərcümə olunacaq.

Teatrın baş meneceri Nicat Qulamın "Report"a verdiyi məlumata görə, mayın 2-də premyerası olacaq U.Şekspirin “Yay gecəsində yuxu” əsəri əsasında hazırlanmış “Yuxum” romantik komediyasının nümayişində paralel olaraq səhnədə eşitmə və danışma məhdudiyyətli şəxslər üçün işarət dili ilə tərcümə olacaq.

Tamaşa zamanı işarət dili ilə tərcümə nəinki ölkədə hətta dünyada yenilik sayılır. Bu təşəbbüsün əsas məqsədi cəmiyyətin bütün üzvlərini teatra cəlb etmək, onların tamaşaçı olmalarının mümkünlüyü təmin etmək və teatrlarda işarət dili ilə tərcüməni ənənə halına salmaqdır.

İşarət dili ilə tərcüməni bu sahədə bir çox uğurlu layihələrə imza atmış Nüranə Abıyeva edəcək.

Qeyd edək ki, sözügedən tamaşanın nümayişi 10-u fiziki məhdudiyyətli olmaqla, 15 aktyor iştirak edəcək. Tamaşa 19:00-da Azərbaycan Teatr Xadimləri İttifaqının (Aktyorlar Evi) binasında baş tutacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm