Leyla Əliyevanın Moskvada rəsm sərgisi açıldı - FOTOLAR
Bizi izləyin

Art

Leyla Əliyevanın Moskvada rəsm sərgisi açıldı - FOTOLAR

Dünən Moskvada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Canlı həyat” (Live Life) adlı sərgisinin açılışı olub.

Publika.az xəbər verir ki, sərginin açılışında Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyeva, Azərbaycan Avropa Cəmiyyətinin sədri Tale Heydərov, Milli Olimpiya Komitəsinin baş katibinin müavini, Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti Azər Əliyev iştirak edib.

Tədbirin aparıcılığı Andrey Maloxova həvalə olunub.

Mayın 24-dək davam edəcək sərgi ətraf mühit problemlərinə, təbiətin qorunmasına diqqət çəkmək və incəsənətin bu sahədə rolu barədə ictimaiyyəti maarifləndirmək məqsədi daşıyır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm