Ziyalı ailəsində doğulub, 4 dəfə həbs edilən şair - FOTOLAR
Bizi izləyin

Art

Ziyalı ailəsində doğulub, 4 dəfə həbs edilən şair - FOTOLAR

Mayın 11-də Azərbaycan Milli Elmlər Akademiyasının “Alimlər Evi” və Nəsimi adına Dilçilik İnstitutunun birgə təşkilatçılığı ilə görkəmli sovet tarixçi-etnoloqu, arxeoloqu, şərqşünası, yazıçısı, şair və tərcüməçisi Lev Nikolayeviç Qumilyovun anadan olmasının 105 illik yubileyinə həsr olunmuş Elmi konfrans keçirilib.

AMEA Rəyasət Heyətinin aparatı İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması idarəsi İctimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Lev Qumilyovun elmi yaradıcılığından söz açıb. 20 monoqrafiya və 300-dən çox elmi məqalənin müəllifi olan Lev Qumilyovun yaradıcılığının ölkə alimləri üçün böyük əhəmiyyət kəsb etdiyini qeyd edib. Tarixçi alimin türk xalqlarının və Avrasiyada yaşayan etnosların tarixi ilə yanaşı, Azərbaycan tarixi ilə də bağlı dərin araşdırmalar apardığını deyib.
Tədbirdə Lev Qumilyov Mərkəzinin direktoru Pavel Zarifullin alimin həyat və yaradıcılığından danışıb. Qeyd edib ki, L.Qumilyovun 105 illiyinə həsr olunan silsilə tədbirlərdən birincisi məhz bu gün AMEA-da keçirilir. O, iki görkəmli rus şairi – Nikolay Qumilyov və Anna Axmatovanın yeganə övladı olan tanınmış alim, 1990-cı ildə Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü seçilən L.Qumilyov, onun passionarlıq nəzəriyyəsi haqqında ətraflı məlumat verib.
Moskva Dövlət Universitetinin professoru Zeydulla Yuzbekov da öz çıxışında L.Qumilyovun passionarlıq nəzəriyyəsi haqqında söz açıb. Bildirib ki, Lev Qumilyovun “Etnogenez və yerin biosferi”, “Qədim türklər”, “Xəzər ətrafında minillik” və digər əsərləri bütün dünyada məşhurdur.
Sonra AMEA Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu L.Qumilyovun elmi əsərləri haqqında danışaraq bildirib ki, ziyalı ailəsində dünyaya göz açan alim dörd dəfə həbs olunmasına, məşəqqətli həyat yolu keçməsinə baxmayaraq tarixdə dərin iz buraxıb, türk mədəniyyətini tanıtmağa nail olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm