Kremlin yanında DƏHŞƏTLİ VAMPİR YUVASI - Qoca yaşında vampirləşən rəssam - FOTOLAR
Bizi izləyin

Art

Kremlin yanında DƏHŞƏTLİ VAMPİR YUVASI - Qoca yaşında vampirləşən rəssam - FOTOLAR

Vampirsayağı həyat ürpədici görünsə də yaradıcı adamlar üçün ilham mənbəyi olur. Həm də onları adi insanlardan fərqləndirir. İş orasındadır ki, adi insanlar da bu görüntülərdən zövq alırlar. Yoxsa vampirlər haqqında filmlər, əsərlər bu qədər baxımlı, oxunaqlı olmazdı. Bu yaxınlarda isə tanınmış rus rəssam Nikas Safronov 60 illik yubileyi üçün özünə qəribə hədiyyə edib: 70 milyon dollara ev alıb! Daha doğrusu, buna ev demək olmaz – bu, 15 otaqdan ibarət vampir yuvasıdır. Düz Kremlə baxan, Moskvanın tən ortasında yerləşən bu evlə bağlı çox söz-söhbət dolaşır.

Publika.az sizi rəssamın evinə virtual səyahətə dəvət edir:

Altımərtəbəli bu bina 1928-ci ildə tikilib. Tarixi abidə sayılır. Rəssam bu binanı bütöv alaraq 11 il ərzində onu xüsusi təmir etdirib. Hələ uşaqlıqdan arzuladığı kimi qotik üslubda, içəri girərkən adamı vahimə basan, qədimi mebellərlə, əntiq əşyalarla təchiz olunmuş bir ev! Yeri gəlmişkən, bina artıq “Dünyanın ən yaxşı evləri” reytinqinə düşüb.

Evin birinci mərtəbəsi Orta Əsrlər Avropasının zəngin qəsrlərini xatırladır. Divarboyu düzülmüş kitabxana, naxışlı tavan, ağır, “zəhmli” mebellər... Burada həm də evin ən böyük otağı elə kitabxanadır. Mebellər bənzətmə deyil, elə həmin dövrün qəsrlərindən çıxarılıb hərracda satılarkən rəssam onları alıb.

İkinci mərtəbənin divarlarında isə rəssam özü Avropa klassikasını qələmə alıb. Burada hətta mətbəx də Orta Əsrlərdəki kimidir. Yataq otağı isə insanı vahiməyə salır. Sanki Drakula bu dəqiqə peyda olacaq.

Üçüncü mərtəbə əsasən bağlı terraslardan ibarətdir. Burada yunan-roma üslubu göz oxşayır. Nisbətən bu mərtəbə adamı vahimədən uzaqlaşdırır.

Evin yuxarı mərtəbələri isə hay-tex üslubundadır, yəni müasirdir. Rəssam və qonaqları yəqin Orta Əsrlərdən bezəndə özlərini müasir dünyaya atırlar. Burada yeni texnologiyanın hər növünə rast gəlmək mümkündür.

Onu da qeyd edək ki, şöhrəti artıq dünyaya yayılmış Safronovun 60 illik yubileyinə məşhur aktrisa Sofi Loren də qatılmış və onun maraqlı qəsrində qonaq qalmışdı.

Şəfiqə ŞƏFA

Oxumağa davam et
Reklam
Reklam

Gündəm