Sona Vəliyevanın şeirlər kitabı Gürcüstanda nəşr edildi
Bizi izləyin

Art

Sona Vəliyevanın şeirlər kitabı Gürcüstanda nəşr edildi

Tanınmış şairə Sona Vəliyevanın "Ağır damlalar” adlı şeirlər kitabı Gürcüstanda gürcü dilində nəşr edilib. "Tbilisi Universal nəşriyyatı”nda çap olunan kitabda şairənin müxtəlif illərdə yazdığı şeirlər toplanmışdır.

Qeyd edək ki, Sona Vəliyevanın kitabları dünyanın aparıcı dillərinə tərcümə edilib. Şairənin indiyə qədər müxtəlif ölkələrdə "Arazbarı” (şeirlər, Türkiyə türkcəsində, İstanbul, 2015), "Türkün gəlişi” (şeirlər, Türkiyə türkcəsində, İstanbul, 2015), "Dualar, sevgilər” (şeirlər, fars dilində, Tehran, 2015), "Arazbarı” (şeirlər, fars dilində, Təbriz, 2015), "Arazbarı” (şeirlər, tatar dilində, Kazan, 2016), "Dünya görüş yerimiz” (şeirlər, rus dilində, 2016), "Dünya görüş yerimiz” (şeirlər, Türkiyə türkcəsində, İstanbul, 2016), "Qapına gəldim, İlahi” (şeirlər, ərəb dilində, İraq, 2017) adlı bədii kitabları işıq üzü görüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm