Nazir tanınmış aktrisamıza mükafat verdi - FOTOLAR
Bizi izləyin

Art

Nazir tanınmış aktrisamıza mükafat verdi - FOTOLAR

Dövlət Gənc Tamaşaçılar Teatrının istedadlı aktrisası, Əməkdar artist Kəmalə Hüseynova mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tərəfindən "Fəxri Fərman"la mükafatlandırılıb.

Publika.az-a verilən məlumata görə, mükafatlandırma mərasimi Dövlət Gənc Tamaşaçılar Teatrında iyun ayının 14-də baş tutub. Aktrisa həmin zaman Astanada keçirilən V “Səhnədən salam” Beynəlxalq Teatr Festivalında iştirak etdiyi üçün mükafatı teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov təqdim edib.

"Fəxri Fərman" bu günlərdə 50 illik yubileyi tamam olan aktrisaya kino və teatr sahəsində uğurlu fəaliyyətinə görə təqdim edilib.

Təəssüratlarını bölüşən aktrisa qazandığı uğurların və mükafatların bütün teatra məxsus olduğunu qeyd edib və mükafata görə Mədəniyyət və Turizm Nazirliyinə öz minnətdarlığını bildirib.

Məlumat üçün bildirək ki, Kəmalə Hüseynova 1990-cı ildən Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisasıdır. Aktrisa teatrın cari reperetuarında olan bir çox tamaşalarda baş rolların mahir ifaçısıdır.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm