Art
Bu şəkillərin rəsm əsəri olduğuna İNANMAYACAQSINIZ - - FOTOLAR
Yağlı boya rəssamlığı haqqında ilkin məlumatlar bizans sənətkarı, keşiş Teofilin kitabında yer alıb. Yağlı boyaların tərkibi quru piqment və bitki yağlarından ibarətdir. Onların hazırlanmasında əsasən kətan toxumu, xaşxaş və yaxud qoz yağlarından istifadə edilir. Ona görə də yağlı boyalardan hazırlanan rəsm əsərlərinin təbiiliyi insanı çaşdırır. Bəzi rəsmlərə baxanda onların boyalarla işləndiyinə inanmaq xeyli çətin olur. Həmin əsərlər içərisində Erik Zenerin rəsmləri də yer alır.
Publika.az sizə boyalarla işləndiyinə inanmayacağınız maraqlı fotoları təqdim edir:
1966-cı ildə Amerikada psixoloq və musiqiçi ailəsində dünyaya gələn Erik Zener sənətçi ruha sahib peşəkar rəssamdır. Rəsmlərində xüsusilə ruhi və fiziki yenilənməyə, uşaqlıq və şüuraltı məsələlərə yer verən rəssam 25 ildir bu işlə məşğul olur.
Yağlı boya ilə işlənilən hiperrealist tablolarında sənətçi xüsusilə suya, üzən insanlara və fiqurlara, suyun dərinliyində hava qabarcıqları və müxtəlif sualtı görüntülərə üstünlük verir. Su Zenerin ən sevdiyi mövzudur.
Suyun altında başqa bir dünyanın var olduğuna inanan rəssam Kaliforniya Universitetində psixologiya üzrə təhsil alıb. Təhsilini bitirdikdən sonra dərhal iki il davam edən dünya turuna çıxıb. Maraqlısı da budur ki, Zener dünya turu üçün pulu və qalacaq yeri çəkdiyi rəsmləri sataraq qazanıb.
Zener heç bir rəsm təhsili almayıb. O, bütün bunları öz-özünə öyrənib. 2004-cü ilə qədər 600-dən çox rəsm əsəri yaradıb. İşləri əsasən yağlı boyalarla işlənmiş fotorealist və super-realist növdə çəkilən tablolardan ibarətdir.
Zener İspaniyada yaşayarkən, üzgücülüklə məşğul olub. Su ilə yaxın təmasda olan rəssam sırf suda üzən qadınlardan ibarət tablolar işləyib. Zener bu kolleksiyasını "Müasir İntibah" kimi dəyərləndirib.
Könül Cəfərli
-
Region12:41
Özünün dənizə çıxışı yoxdur, başqalarını şirnikləndirir: İrəvan Ər-Riyadda nə təklif edib?
-
Hadisə12:15
Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın FOTOSU
-
Nida Xəbər 11:43
Prezidentin yüksək vəzifəyə təyin etdiyi Anar Axundov kimdir? - DOSYE
-
Sosial11:12
Aytən Səfərovanın son vəziyyəti AÇIQLANDI
-
Cənubi Qafqaz10:55
Rusiyanın Gümrüdəki hərbi bazasına hücum oldu - DETALLAR
-
Dünya10:15
Bayden İsrailə bu İsrail şəhərinə hücumu qadağan etdi: Rusiya ələ saldı
-
Nida Xəbər 09:30
Bakıda bu ərazi sökülür - Sakinlər narazıdır
-
Avropa09:00
Putinin sabiq həyat yoldaşı Lyudmilanın hazırkı ərinin villası bu ölkədə müsadirə edildi