Qadınlara və azyaşlılara qarşı zorakılıq ƏSƏRLƏRDƏ - FOTOLAR
Bizi izləyin

Art

Qadınlara və azyaşlılara qarşı zorakılıq ƏSƏRLƏRDƏ - FOTOLAR

Rus klassiklərinin qadınlara və azyaşlılara qarşı zorakılıq, əyyaşlıq və səfil həyat tərzi təsvir edilmiş rəngkarlıq nümunələrinə məktəb proqramlarında rast gəlmək qeyri-mümkündür. Lakin fırça ustalarının bu qəbildən olan əsərləri mövcuddur və cəmiyyətin çatışmayan cəhətlərini qabartmaq məqsədilə hələ də muzeylərdə saxlanılır.

Publika.az-ın xəbərinə görə, amerikalı tarixçi, psixiatriya elminin banisi Lloyd Demos yazırdı ki, uşaqlıq dövrü qurtula bilməyəcəyimiz kabusa bənzəyir. Bu kabusun dərinliyinə baş vuranda isə görürük ki, qayğı və sevgidən aclıq çəkən uşaqlar cinayətə, intihara, seksual istismara daha yaxındırlar.

Qıdim dövrlərdə valideynlər öz körpələrini ya fiziki qüsuru, ya da kasıblıq ucbatından öldürürdülər. Oğlanlar ailənin şərəfi sayılırdı, qızların dəyəri isə yox idi. Valideynlər qızlarını ya torpağa basdırır, ya da bataqlığa atırdılar. Bundan əlavə, uşaqları monastra vermək, nökər, yaxud da mal kimi satmaq hallarına da rast gəlinirdi.

1. Şapalaq

Uşaqlar tez-tez qamçı, çubuq həmçinin valideynlərin və tərbiyəçilərin fiziki zorakılığına məruz qalırdılar. Bu hal varlı zümrəyə mənsub olan uşaqlardan da yan ötmürdü. Valideynlər bu primitiv üsullarla övladlarına daha mükəmməl tərbiyə verdiklərini zənn edirdilər

XIX əsrdən XX əsrin ortalarınadək valideynləri xüsusən də sərxoş ataları tərəfindən işgəncəyə məruz qalan azyaşlıların sayı durmadan artırdı.

2. Ailənin sərxoş atası

Aleksey Korzuxin adlı fırça ustası bu əsərə görə Rəssamlıq Akademiyasının qızıl medalına layiq görülüb. Rəssam XIX əsrdə yaşayıb və bu ağrılı mövzunu qabardan ilk incəsənət nümayəndələrindən biri olub.

Rəssam Repin Korzuxinin əsərini nümunə göstərərk qeyd edirdi: Bu qəbildən olan rəsm əsərləri tamaşaçını təşvişə salır, utandırır. Əsərdəki barbar əyyaş ata obrazı evə daxil olan kimi qadın və uşaq qorxudan bir-birinə sığınırlar.

3. "Yenə də sərxoş"

Bu mövzu bir çox rus rəssamlarının ilham mənbəyi idi. Korzoxindən təxminən bir əsr sonra İvan Qoroxov adlı rəssam da sərxoş ata mövzusunu qabardaraq bu rəsm əsərini ərsəyə gətirdi:

"Evə əlində içki şüşəsi ilə daxil olan əyyaş ailə başçısı yumruğunu sıxıb ona qəzəblə baxan arvadı və 10 yaşlı oğlu"

4. Buraxmaram!

Bu rəsm əsərində isə ərini içki məclisinə getməkdən yayıındırmaq istəyən kədərli qadın obrazı görürük. Buna əhəmiyyət verməyən ailə başçısı isə fikrində qətidir.

5. Böyüklərin izi ilə

Yeniyetmə oğullar çox vaxt atalarından götürdükləri nümunəni tətbiq etməkdən çəkinmirdilər. Fürsət tapan kimi atalarının hər kəsdən gizlətdiyi içkiləri oğurlayıb, içməkdən çəkinmirdilər.

Kasıb kəndli ailələrində azyaşlılar da böyüklər kimi əkin sahələrində çalışır, ev işlərində böyüklərə yardım edirdilər. Bir sözlə uşaqların əməyi istismar olunurdu.

Peşə öyrənən uşaqlar isə ustaları tərəfindən zorakılığa məruz qaldılar.

6. Tələbə

Rəssam Boqdanovun bu əsərində sərxoş usta balaca tələbəsini cəzalandırır. Mənzərə heç də ürəkaçan deyil.

7. Tərbiyəçi

Bu rəsm əsərində isə çəkməçi usta içə-içə tələbələrini “tərbiyə edir”.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm