“Nar bağı” “Oskar”a təqdim olundu
Bizi izləyin

Art

“Nar bağı” “Oskar”a təqdim olundu

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə çəkilən, "Azərbaycanfilm" kinostudiyası və "Buta Film" şirkətinin birgə istehsalı olan “Nar bağı” daha bir uğur qazanıb.

Publika.az xəbər verir ki, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının nəzdində fəaliyyət göstərən xarici filmlərin Amerika Kino Akademiyasının Oskar Mükafatına təqdim etmək üçün Azərbaycan üzrə Komissiyanın növbəti iclası keçirilib.

İclasda bir sıra məsələlər müzakirə olunmaqla yanaşı, komissiyanın qərarı ilə kinorejissor İlqar Nəcəfin “Nar bağı” filmi Amerika Kino Akademiyasının Oskar Mükafatına “Xarici dildə ən yaxşı film” nominasiyasına təqdim edilib.

Qeyd edək ki, filmin ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Jan Minneboo, quruluşçu rejissoru İlqar Nəcəf, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Firudin Allahverdi, icraçı prodüseri Akif Əliyev, prodüserləri Müşfiq Hətəmov və İlqar Nəcəfdir.

Pərviz Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm