Lezbiyan şairlərin eşq macəraları: İçki gecələrində doğulan MƏŞHUR SEVGİLƏR - - FOTOLAR
Bizi izləyin

Art

Lezbiyan şairlərin eşq macəraları: İçki gecələrində doğulan MƏŞHUR SEVGİLƏR - - FOTOLAR

Deyim var ki, hər bir yaradıcı simanın qəlbində fırtınalar qoparan ilham pərisi var. Onlar olmasa nə fırça, nə də qələm ustaları öz əsərlərini yarada bilərlər. İlham pərilərindən söz düşəndə Marina Svetayeva ilə Sofiya Parnokun adlarını qeyd etməmək olmaz. Svetayeva yaradıcılığının ən qızğın dövrünün nümunələrini öz məşuqəsi Parnoka həsr edib. Şairənin əsərləri bu gün də ədəbiyyatsevərlərin mənəvi qidasıdır. Lakin çoxları onların kimə yazıldığından xəbərsizdirlər.

Bethoven təxəllüslü qız

Balaca Sonya 1885-ci ildə Taqanroqun ziyalı yəhudi ailəsində doğulmuşdu. Atası əczaxana şəbəkəsinin sahibi, anası isə məşhur həkim idi. Bir sözlə, Parnoklar Taqanroqun ən hörmətli ailələrindən biri idilər. Sonya ailənin ilk övladı idi. Anası ikinci dəfə əkizlərini dünyaya gətirərkən dünyasını dəyişir. Atası başqa qadınla ailə quranda Sonya taleyin ikinci zərbəsini alır. Özünəqapanan balaca qız hiss və həyəcalarını öz şeirlərinə köçürür.

Sonyanın öz aləmi var idi və ora heç kimi buraxmırdı. Kədər onun gözlərinin və qəlbinin daimi sakini idi.

Ögey ana ilə bir damın altına yaşamaqdan təngə gələn Sofiya məktəbi qızıl medalla bitirir. Tezliklə ali təhsil almaq üçün İsveçrənin paytaxtı Bernə köçür. O, burada Konservatoriyaya daxil olub, yüksək dərəcəli musiqi təhsilini uğurla başa vurub, vətəninə geri dönür. Burada gənc ədəbiyyatçı poeziya kurslarına getməyə başlayır. Elə bu kursda həyatının ən böyük sevgisinə - Nadejda Polyakovaya rast gəlir. Onların arasındakı sevgi və ehtiras günbəgün alovlanmağa başlayır. Lakin Parnok tezliklə məşuqəsindən ayrılıb, ədəbiyyatçı Vladimir Volkşteynlə ailə qurur. Uğursuz ailə həyatı bir daha sübut etdi ki, Parnoku kişilər yox, qadınlar maraqlandırır və o, yenidən özünü qadınlarla ovutmağa başlayır.

Парнок София Яковлевна (1885-1933) - София Парнок, урождённая Парнох.

Müharibədən öncəki illərdə Adelaida Hertsik adına ədəbiyyat salonu Moskva şairələrinin məbədi sayılırdı. Svetayeva ilə Parnokun ilk görüşü də burada baş tutur. Marina Svetayevanın 23 yaşı vardı. Onu evdə 2 yaşlı qızı və sevimli həyat yoldaşı Sergey Yefron gözləyirdi.

Марина Цветаева и Сергей Эфрон.

Birdən salonun qonaq otağına zərif ətirə bürünmüş, əlində bahalı siqaretini alovlandıran şarmlı qadın daxil olur. Onun ecazkar və dəbli əlbisəsi, cazibədar və incə dodaq hərəkətləri, biraz xırıltılı özünəxas səsi hərkəsin diqqətini cəlb edir. Svetayeva rahat söykəndiyi kreslodan atılıb, ayaq üstə durur. Bu zərafətin qarşısında tab gətirə bilməyib, riqqətlə onun gözlərinin içinə baxır. Beləcə, bir-birinə dəlicəsinə aşıq olan iki qadının ilk tanışlığı baş tutur.

Marinanı ədəbiyyat salonunda hər kəs 2 yaşlı qızı Adelaidanın adı ilə tanıyırdı. Odur ki, onu Sofiyaya Adelaida kimi təqdim etdilər. Marina tez-tez Sofiyanın gənc qadınlarla çox isti münasibətinin şahidi olurdu. Bu onun şarmlı şairəyə olan hisslərini daha da alovlandırırdı. Svetayeva Sofiaya həsr etdiyi ilk şeirini yazandan sonra ona vurulduğunu dəqiq anlayır. O dərk edir ki, Parnoku artıq heç kimlə bölmək istəmir və bu qadın tək ona məxsus olmalıdır.

1925-ci ilin sazaqlı qış ayları idi. Məşuqələr birgə səyahətə çıxmağa qərar verdilər. Öncə Rostova, sonra isə digər şəhərlərdə dayandılar. Onun bu hərəkəti cəmiyyət tərəfindən ifşa olunsa da, gənc şairə inamla deyirdi: "Bu, mənim həyatımdır, necə istəyirəm, elə də yaşayıram".

Marinanın həyat yoldaşı Yefron bu burulğanın durulacağına ümid etsə də, sevimli arvadını yolundan döndərə bilmir və tezliklə müharibəyə gedir. Bu ərəfədə Svetayeva sevimli məşuqəsinə sevgisini açıq-aydın etiraf etdiyi eşq misraları yazırdı. Lakin qəribədir ki, bununla bərabər onun ərinə olan sevgisi də səngimirdi.

Rəqabət

Sofiya ilə tanışlığadək Marina artıq ana idi. Lakin onunla birgə gənc şairə sanki uşaqlaşır, özünü sevgiyə möhtac qızcığaz kimi aparırdı. Əri ilə yaşamadığı ən gizli ehtirasları Parnokla gerçəkləşdirirdi. Bir sozlə, Sofiya Parnok Marinanın hər şeyi idi - qayğıkeş anası, ehtiraslı məşuqəsi və sədaqətli rəfiqəsi...

Buna baxmaraq, onlar hər ikisi zəmanənin ən çox tələb olunan ədəbiyyat nümayəndələri idilər. Hər ikisinin şeirlərinin çox geniş oxucu kütləsi vardı. Odur ki, şairələr arasında peşəkar rəqabət durulmurdu.

Литературные соперницы София Парнок и Марина Цветаева.

Süqut

Deyirlər günah üzərində qurulmuş münasibətlər süquta məhkumdur. Odur ki, bu eşq macərasının da sonu gəldi. Svetayeva ara-sıra kişi pərəstişkarları ilə görüşür, onlarla sevişirdi. Sofiya isə məşuqəsi ilə birgə yaşadıqları evə ondan gizlin başqa qadınlar gətirirdi. Bundan xəbər tutan Svetayeva bir daha geri dönməmək şərtilə Parnoku tərk edir.

Могила Софии Парнок.

Maria Sofiya ilə bağlı bütün xatirələrini torpağa basdırdığını bildirirdi. O, hətta Parnokun ölümünü sərt soyuqqanlılıqla qarşıladı. Lakin çox güman ki, ürəkdə yaşayan ən qaynar hissləri söküb atmaq mümkün deyil.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm