• USD 1,7000 0,00% EUR 1,9673 +0,19%
    • GBP 2,2346 +0,24% RUB 0,0259 +0,77%

Yazarlarımız Vasif Talıbovun kitab sərəncamı haqqında nə düşünürlər? - SORĞU

  • Art
  • 29 Avqust 2017 16:54
  • 4 821 Baxış
Yazarlarımız Vasif Talıbovun kitab sərəncamı haqqında nə düşünürlər? - SORĞU

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov oxunması zəruri olan kitabların siyahısı ilə bağlı müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən gənc nəsildə vətənpərvərliyin, tarixə, milli kökə bağlılığın və dünyagörüşün formalaşdırılmasına xidmət edən “Oxunması zəruri olan kitabların siyahısı” təsdiq edilib.

Buna uyğun olaraq təhsil və mədəniyyət müəssisələrinin kitabxanalarında müvafiq kitab guşələri yaradılmalıdır.

Publika.az Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin bu təşəbbüsü ilə bağlı şair və yazıçıların fikirlərini öyrənib.

Şair-publisist Murad Köhnəqala V.Talıbovun bu addımı yüksək qiymətləndirib:

O açıqlamasında bildirib ki, Ali Məclis sədrinin Naxçıvan Muxtar Respublikasında həyata keçirdiyi işlər həqiqətən də təqdirəlayiqdir:

Фото İlham Qəhrəman.

“Vasif Talıbov bir vaxtlar Naxçıvanda yas yerlərində israfçılığın qarşısını almaq üçün rəsmi sərəncam imzalamışdı, onda çox sevinmişdim. Sonra büdcə təşkilatı işçilərini iməclik işlərinə cəlb etdi. Buna da sevindim. Deyə bilərsiniz, XXI əsrdi, insanları nələrəsə təhrik eləmək düzgün deyil. Onda mən də soruşuram, bəs, bizimkilər özlərini XXI əsrin sivil adamı kimi apara bilirlərmi? Bizim xalqın nümayəndələri küçələrə zibil atmağı sevər, ancaq öz xoşluğu ilə küçədə səliqə yaratmağı, ağac əkməyi özlərinə sığışdırmazlar.

Vasif müəllim bu dəfə Naxçıvan əhalisinin oxumalı olduğu bədii kitabların təxmini siyahısını tərtib etdirib. Əla! Çox sevindim. Uzun illər Muxtar Respublikada rəhbərlik edən adam yaxşı bilir ki, bu milləti işıqlı yerlərə zorla itələmək lazımdı. Yoxsa özbaşına buraxsan saqqal buraxıb şalvar gödəltməkdən, qadınları qara çadraya bürüməkdən, min ilin ölüsü üçün baş yarmaqdan, yaxud çayxanalarda domino oynamaqdan başqa bir şey eləməyəcəklər. Ancaq hörmətli Vasif müəllimin təklif elədiyi kitablardan oxuyan əhali mütaliəyə alışaraq başqa kitablar da axtaracaqlarına əminəm.

Eşq olsun ona!..”

“Mənfi sənsiz dərəcə” şeirlər kitabının müəllifi Aqşin Evrənin qənaətinə görə, V.Talıbovun bu addımı bəzi millət vəkillərinə, siyasilərə dərs olmalıdır:

Azərbaycanlı məşhur BÜTÜN GİZLİNLƏRİ AÇDI:

“Əvvəlcə onu deyim ki, Vasif Talıbovun bu gözəl adımını xüsusi təqdir və sevinclə qarşılayıram. Onun bu addımı daim mahiyyətsiz açıqlamaları, addımları ilə gündəmə gələn bəzi millət vəkillərinə, siyasilərə dərs olsun. Ümumiyyətlə, universitetlərdə də bu məcburiyyət tətbiq olunmalıdır. Çünki mütaliəli cəmiyyət cinayətdən, vəhşilikdən uzaq olur və ailəsinə, ölkəsinə, dünyaya faydalı fərd kimi yetişir.

Siyahı məsələsinə gəldikdə isə burada çox möhtəşəm əsərlər var. Xüsusən Azərbaycan və dünya ədəbiyyatının şedevrlərini siyahıda görmək məndə bu əsərləri yenidən oxumağa həvəs yaratdı. Son illər ədəbiyyat adına atılmış ən gözəl addımlardan biridir. Əslində, bu cür qərarların verilməsi təbiidir, ancaq nadir hallarda gördüyümüz üçün bizdə "mifik olay" təsiri yaradır. Naxçıvandakı gəncliyi təbrik edərək, Vasif Talıbova təşəkkür edirəm”.

Yazıçı və tanınmış jurnalist Qan Turalı da həmkarları kimi hesab edir ki, mütaliəyə səsləyən bütün addımlar sevindiricidir:

Qan Turalı qocalmaq qorxusuna BARDA QALİB GƏLDİ

“Çox müsbət addımdır. Ümumiyyətlə, insanları mütaliəyə səsləyən bütün addımlar müsbətdir. Siyahıda Servantesi, Şekspiri, Tolstoyu, Hüqonu, Balzakı, Dotoyevskini, Kafkanı da görmək istəyərdim. Siyahı sanki minimum tələblər əsasında qurulub. Axundovun, Haqverdiyevin adının olmadığı siyahıya Məmməd Səid Ordubadi və Eynəli Sultanov xüsusi dad verir”.

Şair Emin Pirinin sözlərinə görə, zorakılıqla əzbərlədilməyən hallarda mədəniyyət, ədəbiyyat və Vasif Talıbovun dediyi kimi kitablara, mütaliəyə qayğı alqışlanasıdır:

Фото Emin Piri.

“Siyahıda kifayət qədər ciddi əsərlər var. Guşələrin yaradılması çoxdan edilməli və belə guşələr bundan sonra da artmalıdır. Bu günkü gündə kitaba qayğını, şablon ədəbiyyata sevgini nəzərə alsaq, bir çox ciddi əsərlərin bu formada oxuldulmasını dəstəkləyirəm. Yoxsa başqa cür düzələnə oxşamır. Çox yaxşı olar ki. Vasif müəllim bu əsərləri əzbər olmasa da, adlarını bilməyən məmurları işdən çıxartsın. Ondan sonra Naxçıvan dünyanın bir nömrəli mütaliəli bölgəsinə çevrilər”.

Yazıçı Aytən Cavanşir bildirib ki, V.Talıbovun ədəbiyyata diqqət ayırması alqışlanası hadisədir:

Фото Ayten Cavanshir.

“Kitabla bağlı təşəbbüsdür, bəyənməməyim gülünc olardı. Əməl edən olacaq, ya yox, deyə bilmərəm, ancaq insan ən azından ədəbiyyata diqqət ayırıb. Bu addımını alqışlayıram. Siyahıya əlavələr edərdim, ancaq biz təşəbbüsdən danışırıq, ilk addımı o atıb, gerisini oxucu etsin”.

Yazıçı Aysel Əlizadə də kitabın təbliğ olunmasının əhəmiyyətli addım olduğunu vurğulayıb:

Фото Aysel Alizade.

“Əlbəttə ki, alqışlanmalı haldır. Siyahıda adıçəkilən kitabları da yaxşıdır”.

Siyahıya aşağıdakı 30 kitab daxil edilib:

1. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Yeni 2001-ci il, Yeni əsr və Üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti

2. “Kitabi-Dədə Qorqud” dastanı

3. “Atalar sözü” (Azərbaycan xalq ədəbiyyatı)

4. Nizami Gəncəvi. “Sirlər xəzinəsi”. Poema

5. “Nizaminin hikmət və nəsihətləri”

6. Nəsirəddin Tusi. “Əxlaqi-Nasiri”

7. Məhəmməd Tağı Sidqi. “Məktəb hekayələri”

8. Hüseyn Cavid. “Azər”. Poema

9. Cəlil Məmmədquluzadə. “Hekayələr”

10. Məmməd Səid Ordubadi. “Qılınc və qələm”. Roman

11. Qurban Səid. “Əli və Nino”. Roman

12. Məmmədhüseyn Şəhriyar. “Heydərbabaya salam”.Poema

13. “Təmsillər” (uşaq ədəbiyyatı)

14. ABŞ-ın 16-cı prezidenti Avraam Linkolnun oğlunun müəlliminə məktubu

15. Faruk Sumer. “Oğuzlar”

16. Rəşidəddin Fəzlullah. “Oğuznamə”

17. Yusif Balasaqunlu. “Qutatqu bilik”

18. Teodor Drayzer. “Dahi”. Roman

19. Cek London. “Həyat eşqi”. Hekayə

20. Ernest Heminquey. “Qoca və dəniz”. Povest

21. Nikolo Makiavelli. “Hökmdar”

22. Gi de Mopassan. “Gombul”

23. Antuan de Sent-Ekzüperi. “Balaca şahzadə”

24. Nikolay Ostrovski. “Polad necə bərkidi”. Bioqrafik roman

25. Moris Meterlink. “Arıların həyatı” və “Göy Quş” əsərləri

26. “Mister Hemferin xatirələri”. (İngilis casusunun etirafları)

27. Seyid Əzim Şirvani. “Seçilmiş əsərləri”. (Təmsillər)

28. “İslamda müdrik kəlamlar”

29. Sədi Şirazi. “Gülüstan”

30. Eynəli bəy Sultanov. “Məqalələr”

Aytən

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>