ADO teatrı Tbilisiyə gedir
Bizi izləyin

Art

ADO teatrı Tbilisiyə gedir

Azərbaycanın ilk müstəqil teatrı olan ADO-nun (Azərbaycan Dağınıq Oda teatrı) beynəlxalq festivallarda iştirakı davam edir. Fransanın “Oriak” festivalından yenicə qayıdan teatr daha bir festivala dəvət alıb.

Publika.az xəbər verir ki, 1-8 oktyabrda ADO Gürcüstanda keçiriləcək “Festi Nova”da iştirak edəcək.

“Festi Nova” festivalı Tbilisidə yerləşən “Art Villa Garikula”da keçiriləcək: “ADO 7 nəfərlik heyətlə festivalda iştirak edəcək. Teatrın “Hamam”, “Qadın Səsi” performansları göstəriləcək. Eyni zamanda “rezidensiya” olacaq və ADO heyəti bir həftə ərzində “Art Villa Garikula”da yeni performans da hazırlayıb, təqdim edəcək. Festivala ADO ilə yanaşı bir neçə ölkənin incəsənət xadimləri qatılacaq”.

Oktyabrın 4-də Tbilisidə ADO haqda çəkilmiş sənədli filmin nümayişi də olacaq: “Tibilisidə yerləşən “Fabrika” məkanında bir neçə sənədli filmin nümayişi olacaq. Həmçinin gənc rejissor Leyli Qafarovanın bir ildən artıqdır ki, ADO haqda çəkdiyi sənədli filmin nümayişi də nəzərdə tutulub. Biz festivalla yanaşı həmin nümayişə də qatılacaq və performans göstərəcəyik”.

Sentyabrın 30-da isə ADO Bakıda keçirilən “Bakool Arts” festivalda da çıxış edəcək: “Sentyabrın 26-sında “Bakool Arts” festivalın rəsmi hissəsi baş tutdu və biz festivalda “Hamam” performansını göstərdik. Aktyorlarımız bir neçə şeirləri festivalda səsləndirdi. Sentyabrın 30-da isə festivalın əsas hissəsi baş tutacaq. Bütün bunlar haqda ADO.AZ saytında mütəmadi məlumatlar yayırıq”.

Qeyd edək ki, ADO Tbilisiyə getməmişdən öncə Bakıda son nümayişlərini də planlayıb. Sentyabrın 28-də “yağış, yağış, yağış” adlı tamaşasını, oktyabrın 1-də isə “GOTT və ya Cənnətin işğalı” adlı tamaşasını nümayiş etdirəcək.

Qeyd edək ki, ADO 5 ildir ki, fəaliyyət göstərir, klassik teatr ənənələrindən uzaq, çağdaş teatr kimi qəbul olunub.

Pərviz Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm