• USD 1,7000 0,00% EUR 2,0657 -0,14%
    • GBP 2,4076 +0,61% RUB 0,0229 0,00%

Dahilərin hər kəsi heyrətə gətirən ƏMƏLLƏRİ - FOTO

  • Art
  • 7 Oktyabr 2017 14:35
  • 2 022 Baxış
Dahilərin hər kəsi heyrətə gətirən ƏMƏLLƏRİ - FOTO

Dahilər insanları yalnız öz əsərləri ilə deyil, qəribə xasiyyətləri ilə də heyrətləndirirmiş.

Publika.az oxucuları dahi şəxsiyyətlərin qəribə xüsusiyyətləri ilə tanış edib.

Albert Eynşteyn

Albert Einstein

Məşhur alim Eynşteyn bütün həyatını işinə həsr edib. Günlərlə yuxusuz qalan dahi yeməyini masa araxasında yeyər, şəxsi baxımını isə arxa plana atardı. Saçlarını kəsdirməyə də vaxtı olmayan Eynşteyn ən mühüm toplantılara uyğunsuz paltarlarda gedib.

Edison

Edison

Ampul ixtiraçısı Tomas Edison tarixə həm də yuxu düşməni kimi düşüb. Edison hesab edirdi ki, yuxu insan ömrünün boşa sərf olunmasıdır, itkidir. Odur ki, elm adamı gün ərzində cəmi 1-2 saat yatmağa üstünlük verib.

Bethoven

Beethoven

Klassik musiqinin ən görkəmli bəstəkarı - Lüdviq Van Bethoven çox əsəbi insan olub. Hər kəslə sərt rəftar edən bəstəkar saatlarla işləyər və yerindən qalxmazdı. O, həmişə yanına bir vedrə buz kimi su qoyardı ki, ayılmaq istəyəndə onu başından aşağı töküb yenidən işləməyə davam edə bilsin.

Leonardo Da Vinçi

Leonardo Da Vinci

Möhtəşəm əsərlərin müəllifi - Da Vinçi o qədər çox işlə məşğul olub ki, əksəriyyətini bitirə bilməyib. Dahi rəssamın işlərinin yarımçıq qalmasının bir səbəbi də mütəmadi olaraq səyahətlərdə olmasıdır.

Çarlz Dikens

Charles Dickens

Amerika ədəbiyyatının ən önəmli nümayəndəsi rəsm və suvenirlərin uğur gətirdiyinə inanardı. Dikens masası üzərində təzə çiçəklərin qolulduğu vaza, dovşan şəkilli təzə dəftər və duel edən iki qurbağa suveneri olmadan işə başlamazdı.

Luis Armstronq

Dehaların en ilginç özellikleri

Məşhur caz ifaçısı Armstronqun həyatı konsertlərdə və qastrol səfərlərində keçib. Bu qədər gərgin iş rejimində məşqlərə heç vaxt ayırmayan artist konsertlərinə adətən son dəqiqədə çatır və birbaşa səhnəyə çıxardı.

Aytən

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR