
"İkinci pərdə" filminin görüntüləri yayılıb.
Publika.az-ın məlumatına görə, görüntülərdə dostu ilə ərinə xəyanət
edən qadının ifşası əks olunub. Səhnə aqressiv tonu və radikal
məzmunu ilə diqqət çəkir. Bu səhnədə və ümumilikdə söyüşlərdən də
geniş istifadə olunub.
Bu mənada filmin çox böyük ictimai etiraza məruz qalacağı da
şübhəsizdir.
Noyabr ayının 16-sında premyerası keçiriləcək filmin rejissoru Emil
Quliyev, prodüseri isə Orxan Mərdandır.