Çanaqqala zəfərində iştirak etmiş azərbaycanlıların xatirəsinə abidə ucaldılacaq
Bizi izləyin

Art

Çanaqqala zəfərində iştirak etmiş azərbaycanlıların xatirəsinə abidə ucaldılacaq

Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim Çanaqqala vilayətinin rəhbər şəxsləri və Onsəkkiz Mart Universitetində təhsil alan azərbaycanlı tələbələrlə görüşüb.

Publika.az xəbər verir ki, Xəzər İbrahim əvvəlcə Çanaqqala şəhidliyi kompleksində olub, şəhidlərin xatirəsini yad edib. Çanaqqala döyüşlərində həlak olan soydaşlarımızın xatirəsinə ucaldılacaq abidənin yerinin müəyyən edilməsi üçün təklif olunan yerlərə baxış keçirilib.

Sonra Çanaqqala valisi Orxan Tavlı və şəhər bələdiyyəsinin sədri Ülgür Gökhanla ilə görüşlər keçirilib. Görüşlərdə Azərbaycan-Türkiyə münasibətlərinin dinamik inkişafı yüksək qiymətləndirilib. Çanaqqala şəhidliyi kompleksində azərbaycanlı şəhidlərin xatirəsinə abidə ucaldılmasına dair ətraflı fikir mübadiləsi aparılıb.

Daha sonra Çanaqqala Onsəkkiz Mart Universitetində azərbaycanlı tələbələrlə görüş olub. Səfir tələbələri maraqlandıran sualları cavablandırıb. (Azərtac)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm