Aytən Cavanşir oxucularla görüşəcək
Bizi izləyin

Art

Aytən Cavanşir oxucularla görüşəcək

24 Dekabr saat 15:00-da "Soyuq əllər, isti ürək" xeyriyyə yarmarkası çərçivəsində Aytən Cavanşirin oxucularla görüşü təşkil olunacaq.

Publika.az xəbər verir ki, "Qanun" nəşriyyatının stendində baş tutacaq tədbirdə "Ayaqlarım üşüyürdü", "Pərdələri çəkin" kitabları ilə yanaşı, yazıçının tərcümə müəllifi olduğu "Tikanlıqda şərqi deyənlər" romanı da (endirimlə) təqdim olunacaq.

“Vəkil” romanının da müəllifi olan yazıçı yarmarkada kitabların satışına yer verilməsini alqışlayıb. Aytən Cavanşir hazırda yeni romanı üzərində işlədiyini də vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm