Azərbaycanlı yazarın kitabı TÜRKİYƏDƏ BESTSELLER OLDU - – FOTO
Bizi izləyin

Art

Azərbaycanlı yazarın kitabı TÜRKİYƏDƏ BESTSELLER OLDU - – FOTO

“Ganjlik Mall" AVM-də yerləşən "Əli və Nino" mağazasında Gülay Hüseynovanın "Ve bir Americano" adlı kitabının imza günü keçirilib.

Publika.az xəbər verir ki, Gülay Hüseynovanın imza gününə bir çox tanınmış şəxslər qatılıb. Onların sırasında Xalq artisti Qurban İsmayılov, aparıcılar Günel Hümbətova, Sahibə Nəzərova, Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan və başqaları olub.

İzdihamlı imza günündə "Ve bir Americano" haqqında danışan G.Hüseynova ilk kitabı "P.S. Zaten boyun da küçüktü"nün çox tənqid olunduğunu bildirib: "İlk kitabımda çox tənqidlər eşitdim, hələ ki, bu kitabla bağlı mənfi rəylər gəlməyib. Mən də fikirləşirəm ki, mükəmməl ola bilmərəm axı, niyə tənqidlər gəlmir?"

O, daha sonra kitabının Türkiyədə bestsellerlər sırasına daxil olduğunu deyib: "Bu kitabın birinci nəşri 10 min tiraj idi, cəmi bir ay ərzində bitdi. İkinci nəşr çap olunmağa başlayıb. Onun da sayı 10 min olacaq. Kitab mağazalarında bestsellerlər sırasına daxil olub"

G.Hüseynova kitabının mövzusundan da bəhs edib: "Kitabım romantik-komediya janrındadır. Həm güldürən, həm ağladan, həm də düşündürən hadisələr yer alır".

Yazar “Kitablarınızı türk dilində yazmağınızın səbəbi daha çox kütləyə xitab etmək, yoxsa Türkiyə bazarına çıxmaq üçündür” sualımıza isə belə cavab verib: “İlk kitabım Azərbaycanda çıxmışdı. Həmin vaxt Azərbaycanda yaşayırdım və çalışırdım deyə Türkiyə bazarına çıxmaq kimi bir hədəfim yox idi. Kitab mənim üçün azadlıqdır. Ssenarilərimi Azərbaycan dilində yazsam da, kitablarımı türkcə yazmağı sevirəm. Üçüncü kitabım şeirlərdən ibarət olacaq, o da türk dilindədir”.

Qeyd edək ki, müəllifin “P.S: Zaten boyun da küçüktü” kitabı Azərbaycanda ən çox satılanlar sırasında ilk yerdə qərarlaşmışdı.

Pərviz Hüseyn

Fotolar: Elnur Muxtar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm