Xalq Artisti Emin Sabitoğlu haqqında yeni kitab nəşr olundu
Bizi izləyin

Art

Xalq Artisti Emin Sabitoğlu haqqında yeni kitab nəşr olundu

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə görkəmli bəstəkar, Xalq Artisti Emin Sabitoğlunun həyat və yaradıcılığına həsr edilən kitab nəşr olunub.

Nazirlikdən Publika.az-a bildirilib ki, sənətşünaslıq üzrə elmlər doktoru, professor Ceyran Mahmudovanın ərsəyə gətirdiyi kitabda bəstəkarın həyat və yaradıcılığının əsas istiqamətləri, musiqili səhnə, simfonik əsərləri, kinofilmlərə yazdığı musiqilər və mahnılar əks olunub.

“Şərq-Qərb” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çap edilən kitab nazirliyin tabeçiliyində olan kütləvi kitabxanalara və aidiyyəti müəssisələrə paylanılacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm