Art
Arif Əziz yaradıcılığı London MODA HƏFTƏSİNDƏ - - FOTOLAR
Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, Dünya Rəssamlıq Akademiyasının Bakı nümayəndəliyinin rəhbəri Arif Əziz beynəlxalq səviyyədə tanınmış ən nüfuzlu azərbaycanlı rəssamlardan biridir.
Arif Əzizin yaradıcılığı zəngin və çoxşaxəlidir. Öz “sərbəst özünüifadəsi” ilə tanınan rəssamın qeyri-adi və unikal yaradıcılıq üslubu gənc alman modelyeri Leoni Mergenin diqqətini çəkərək 2018 London Moda Həftəsində nümayiş etdirilmiş kolleksiyasında öz əksini tapıb. Bu kolleksiya modelyerin 2017-ci ildə Berlin və London moda həftələrində nümayiş etdirilmiş və tənqidçilər tərəfindən bəyənilmiş “Qarabağ Kolleksiyası”ndan sonra ərsəyə gətirilən sayca ikinci layihəsidir.
Qeyd edək ki, hər iki layihə Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşkilatçılığı ilə həyata keçirilib.
“Arif Əziz Buraxılışı” kimi tanınan bu yeni kolleksiya başlanğıc nöqtəsini rəssamın “Bəyaz Dövrü”ndən götürür. Bu, 1990-cı illərin əvvəllərində Azərbaycan müstəqilliyinin bərqərar olunduğu dövrdə başlamışdır. Daha sonra böyük rəssamın realizmdən irəli gələn obyektiv reallığın təsvirindən impuls alan ritmlər və rənglərlə gözəllik yaradaraq getdikcə əksinə - mistik və subyektiv reallığa keçidini əks etdirir.
Rəssam üçün bütün rənglərin sintezi olan ağ rəng paklığın rəmzi, varlığın sevincindən irəli gələn qeyri-ixtiyari işıq, təbiət və insan vəhdəti olaraq müxtəlif dərəcələrdə əhəmiyyət daşıyır. Bu dövr həmçinin, Azərbaycanın müstəqilliyini əldə etdikdən sonra “təmizlənmə” və “ağardılmaya” incə lirik formada ifadə olunmuş bir işarədir.
Qeyd edək ki, alman modelyeri Leoni Mergenin 2018 London Moda Həftəsində podiuma çıxarılmış “Arif Əziz Buraxılışı” adlı kolleksiyası haqqında xəbər “Euronews” kanalının portalında da yer alıb./http://www.livingit.euronews.com/2018/02/15/london-fashion-week-autumn-winter-2018/
Arif Əzizin internet web səhifəsi: www.arifazizart.com
Leoni Mergenin web səhifəsi: www.leoniemergen.com
-
Region10:10
Rusiyadakı azərbaycanlılara PİS XƏBƏR - Bu sahələrdə işləmək qadağan edildi
-
Cənubi Qafqaz09:48
Rusiya bu həftə Paşinyanı devirəcək - Şok iddia
-
Hadisə09:21
Məktəb binasında yanğın
-
Sosial08:43
Azərbaycanın tanınmış professoru vəfat etdi - FOTO
-
Magazin208:36
Kristofer Nolan cəngavər olacaq, xanımı isə... - FOTO
-
Ekologiya07:17
Bu günə olan hava PROQNOZU - 20 dərəcə isti
-
Magazin206:16
Leonardo Di Kaprio ilə sevgilisi arasında NƏ BAŞ VERİR?
-
Səhiyyə05:15
Ömrü uzadan pəhriz sınaqdan UĞURLA ÇIXDI