Art
Nadir Azərbaycan xalçaları barədə kataloq hazırlanacaq
Ölkə daxilində və xaricdə muzeylərdə və şəxsi kolleksiyalarda saxlanılan nadir Azərbaycan xalçaları barədə kataloq hazırlanacaq.
Publika.az xəbər verir ki, bu, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiq edilən “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nda əksini tapıb.
Dövlət Proqramına əsasən İqtisadiyyat Mədəniyyət və Turizm Nazirliyi, İqtisadiyyat Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Xalça Muzeyi, “Azərxalça” ASC 2018-2019-cu illərdə kataloqun hazırlanmasını təmin etməlidir. Eyni zamanda İqtisadiyyat Nazirliyi, “Azərxalça” ASC, Mədəniyyət və Turizm Nazirliyinə 2018-2019-cu illərdə İtirilmə təhlükəsi olan nadir Azərbaycan xalçalarının və xalça məmulatlarının müasir üsullarla bərpasına dəstək mexanizmləri ilə bağlı təkliflərin hazırlanması və aidiyyəti üzrə təqdim edilməsi tapşırılıb. Mədəniyyət və Turizm Nazirliyi, Xarici İşlər Nazirliyi,Azərbaycan Milli Elmlər Akademiyası və “Azərxalça” ASC mütəmadi olaraq xarici ölkələrin muzeylərində saxlanılan nadir Azərbaycan xalçalarının Azərbaycana mənsubluğunun göstərilməsi istiqamətində fəaliyyət həyata keçirməlidir.
Bundan əlavə, Mədəniyyət və Turizm Nazirliyi, “Azərxalça” ASC 2018-2019-cu illərdə Bakıda və regionlarda fəaliyyət göstərən xalçaçılıq emalatxanalarının turizm nümayiş obyekti kimi Azərbaycanın mədəni turizm marşrutlarına daxil edilməsi və turizm informasiya mərkəzləri vasitəsilə xalçaçılıq irsinin təbliğ edilməsini təmin etməlidir.
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO
-
Rəsmi xronika15:28
Biz buna həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq - Prezident
-
Nida Xəbər 14:46
Göyçə yolu bağlandı: Basarkeçərin 10 kəndi qaytarılır?
-
Kriminal14:33
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - İNANILMAZ FAKTLAR
-
Hadisə14:03
Azərbaycanın Koreyadakı səfirinin ailəsində AĞIR İTKİ
-
Nida Xəbər 13:10
Paşinyan 5 saatlıq qapalı görüşdə 4 kəndlə bağlı nələr deyib?
-
Sosial12:57
Əhaliyə şad xəbər: bu evlər ucuzlaşacaq